Sizin Reklam Burada

“Türkmənlər hər zaman haqqın, Azərbaycanın yanındadırlar”

“Türkmənlər hər zaman haqqın, Azərbaycanın yanındadırlar”Ermənistanın Azərbaycana qarşı illərlə apardığı işğalçılıq siyasətini pisləyirəm və ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalarının tələb edirik.

Bunu Avrasiya.net-ə İraq parlamentinin türkmən millət vəkili Seyid Muhtar Əl Musəvi bildirib.

O, qeyd edib ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadiləni dəstəkləyirik və İraqda yaşayan türkmənlər Azərbaycandan olan qardaşlarının yanındadırlar:

“Azərbaycan suveren, demokratik və bütün beynəlxalq qanunlara riayət edən bir dövlətdir. Heç bir dövlətin ərazisində gözü yoxdur. Amma rəsmi Bakı heç bir zaman bir qarış torpağının belə işğalda qalmasına razı ola bilməzdi. 30 ildir Ermənistan Azərbaycan torpaqlarını işğal edib, soyqırımlar törədib, minlərlə günahsız insan öldürüb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdı, lakin erməni tərəf işğalçılıq siyasətindən əl çəkmədi. Bu gün artıq zaman yetişib, Azərbaycan ordusu öz sözünü deyir. Biz türkmənlər də hər zaman haqqın, Azərbaycanın yanındayıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər