Sizin Reklam Burada

"Ordumuz ermənilərin bütün təxribat və işğalçılıq planlarını alt-üst edib"

"Ordumuz ermənilərin bütün təxribat və işğalçılıq planlarını alt-üst edib" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP ) sədri

Ordumuzun uğurları sevindiricidir. Cəmiyyətimizdə də böyük ruh yüksəkliyi var. Orduya könüllü yazılmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Xalqımız tarixi Qələbə gününü gözləyir. Başlanan geniş miqyaslı əks-hücum əməliyyatları bizi o möhtəşəm günə yaxınlaşdırmaqdadır. Amma bu həssas məqamda informasiya təhlükəsizliyi məsələsinə də hər birimiz diqqətlə yanaşmalıyıq. Prezidentimizin də bildirdiyi kimi düşmən tərəf "feyk" xəbərlər, dezinformasiyalar yaymağa can atır. İndi mübarizə təkcə real cəbhədə yox, həm də informasiya məkanında gedir.

Dezinformasiyalar, yalan xəbərlər ictimai fikri çaşdırmağa xidmət edir. Düşmən saytlarında yayılan uydurma videolarda, feyk-xəbərlərdə guya tanklarımızın, hansısa F-16 təyyarəmizin vurulub sıradan çıxarılmasından dəm vurulur. Amma bütün bunlar sadəcə cəfəngiyyatdır. Müdafiə Nazirliyimizin rəsmisinin də qeyd etdiyi kimi Azərbaycanın F-16 təyyarələri yoxdur, ermənilər olmayan təyyarəmizi necə vura bilərlər ki?

Məlum məsələdir ki, sözügedən görüntülər həqiqəti əks etdirmir və ermənilər bu cür yersiz iddiaları ilə özlərini gülünc vəziyyətdə qoyurlar. Onların məqsədi cəmiyyətimizdə təşviş, xof hissi yaratmaqdır. Lakin düşmən bu məqsədinə nail olmayacaq. Çünki istər xalqımız, istərsə də Ordumuz yalnız və yalnız Qələbəyə köklənib və hərbi əməliyyatlar hər gün bizim yeni nailiyyətlərimizlə davam edir. Əksinə, bu saat ermənilər özləri qorxu içindədir. Çünki Ali Baş Komandanımızın qətiyyəti və Ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı qondarma rejimin bütün təxribat və işğalçılıq planlarını alt-üst edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər