Sizin Reklam Burada

Türk Şəhidliyində anım mərasimi keçirildi - FOTO

Türk Şəhidliyində anım mərasimi keçirildi - FOTOBakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə paytaxtdakı Türk Şəhidliyində anım mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bakı Türk şəhidliyi abidəsinin önünə əklil qoyublar.

Anım günü ilə bağlı fikirlərini bölüşən E.Özoral Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən və əhəmiyyətindən söz açıb: "Bu zəfər bugünkü Azərbaycanı xilas etməklə kifayətlənməyib, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirib. Türkiyə və Azərbaycan olaraq ətrafımızdakı alov çevrəsi ilə yenə eyni iradə və əzmlə mübarizə aparmaqda qətiyyətliyik. Hər zaman olduğu kimi bundan sonra da "İki dövlət, bir millət" şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayğı ilə anıram”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər