14 avq 16:04siyaset

"Azərbaycan öz dövlətçilik maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir"

"Azərbaycan öz dövlətçilik maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinə zəng edib, ondan Rusiyanın niyə təcavüzkar Ermənistana silah göndərməsi məsələsinə aydınlıq gətirilməsini istəməsi olduqca təqdirəlayiq haldır. Mən bu barədə Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatı diqqətlə oxudum. Dövlət başçımızın Rusiya liderinə bu yöndə zəngi rəsmi Bakı tərəfindən ölkəmizin suverenliyinin qorunması məqsədilə atılmış addımdır. Bu onu göstərir ki, Azərbaycan öz dövlətçilik maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir.

Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verən, İrəvanın növbəti təcavüzü nəticəsində Azərbaycanın hərbi qulluqçularının və bir mülki şəxsimizin həlak olduğunu vurğulayan, eləcə də işğalçı Ermənistanın bu hücumunun əsas məqsədinin üçüncü tərəfləri münaqişəyə cəlb etmək olduğunu qeyd edən Azərbaycan Prezidenti sərhəddə toqquşmalar bitəndən sonra, iyulun 17-dən indiyədək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində haqlı olaraq narahatlıq və ciddi suallar doğurduğunu Rusiya liderinin diqqətinə çatdırıb. İlham Əliyev hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günədək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu və telefon zənginin əsas məqsədinin də bu məsələnin aydınlaşdırılması olduğunu qeyd edib.

Bu cür həssas məqamlara aydınlıq gətirilməsinə təşəbbüs göstərmək Azərbaycanın haqqı, hüququdur. Rusiya ilə bərabər, Qazaxıstan, Türkmənistan və İran da təcavüzkar ölkəyə strateji əhəmiyyətli hərbi yüklər aparan Rusiyaya məxsus "İL-76" ağır hərbi-nəqliyyat təyyarələrinə hava məkanı ayırmalarına və yüklərin xarakteri ilə niyə maraqlanmamalarına aydınlıq gətirməlidirlər. Çünki ən azından qonşuluq, müttəfiqlik münasibətlərinin ruhu, fəlsəfəsi belə bir davranış nümunəsini tələb edir. Bu mənada ümid edirik ki, adları çəkilən ölkələr sözügedən məsələ ilə yaxından maraqlanacaq və fakt üzrə araşdırma aparıb nəticələri barədə rəsmi Bakıya səmimi izahat verəcəklər.

Biz Prezidentimizin bu məsələ ilə əlaqədar tutduğu prinsipial mövqeyini dəstəkləyir və onun dostluq və mehriban qonşuluq prinsiplərinin gözlənilməsinə ehtiyac olduğunu müttəfiq saydığımız ölkələrin liderlərinin diqqətinə çatdırılması istiqamətində səylərini yüksək qiymətləndiririk.
XƏBƏR LENTİ
25-09-2020, 13:56

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.