Sizin Reklam Burada

Müxalifət olaraq iqtidarla dialoqa getməliyik - ALDP sədri

Müxalifət olaraq iqtidarla dialoqa getməliyik - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının on-line iclasını keçirib.

Partiyanın Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, on-line iclasda ictimai-siyasi vəziyyət müzakirə edilib. ALDP sədri partiya üzvlərinə karantin dövründə tətbiq olunan sanitar-epidemioloji qaydalara riayət etməyin vacibliyini deyib.

“Qaydalara riayət etmək, təkcə sizin və sizin ailəniz üçün deyil, bütövlükdə cəmiyyət üçün vacib bir məsələdir. Hər bir partiya üzvü məsuliyyəti dərk etməlidir. Həkimlər hələ bilmirlər ki, bu xəstəlik gələcəkdə hansı fəsadlar verəcək. Ona görə indi tətbiq olunan qaydalara riayət etsəniz, özünüzü və ailənizi təhlükələrdən qorumuş olacaqsız”- Fuad Əliyev bildirib.

Daha sonra vətəndaşların karantin dövründə rastlaşdığı problemlər, iqtidar-müxalifət münasibətlərin yumşalma fonunda dialoqun vacibliyi müzakirə olunub.

“Əgər biz ölkəmizdə demokratik dəyişikliklər istəyiriksə müxalifət olaraq iqtidarla dialoqa getməliyik. Biz illər boyu hakimiyyətlə dialoqun tərəfdarı olmuşuq. Bu dialoqun baş tutması bütövlikdə cəmiyyətimiz üçün lazımdır. Seçkilər dövründə bu günə gədər minlərlə vətəndaşın üzləşdiyi problemlərlə bağlı müraciətlərini qəbul etmişik, müvafiq organlara çatdırmışıq və əksər problemləri müsbət həll etmişik. Bir neçə məsələni ümumiləşdirib iqtidar-müxalifət görüşündə müzakirə etmək olar" -ALDP sədri qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər