Sizin Reklam Burada

BMT hesabatı: Bakı bu indeksdə regionun lideridir!

BMT hesabatı: Bakı bu indeksdə regionun lideridir!BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində ölkəmizin 166 ölkə arasında 54-cü pillədə qərarlaşması mövcud şərtləri də nəzərə alsaq, olduqca vacib bir göstəricidir. Təbii ki, bu müsbət dinamikanın əldə edilməsi Prezident İlham Əliyevin apardığı iqtisadi, sosial islahatların nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, “Davamlı inkişaf hesabatı” hazırlanarkən xüsusi metodologiyadan istifadə edilir:

“Bu, dünyadakı prestijli və olduqca önəmli hesabatlardan biridir. Çünki hesabat hazırlanarkən statistikalar diqqətlə aparılır, yekunda ciddi təhlil edilir. Eyni zamanda dövlətlərin real və təklif edilən statistik göstəriciləri də qarşılaşdırılır. Çünki bəzi hallarda dövlətlər həqiqəti əks etdirməyən məlumatlar təqdim edə bilir. Məhz bu səbəbdən real statistik göstəricilər daim diqqət mərkəzindədir”.

Ekspertin sözlərinə görə, bu statistika Azərbaycanın öz mövqeyini mərhələli şəkildə möhkəmlətdiyini və qarşıya qoyulmuş hədəflər istiqamətində uğurlu siyasət həyata keçirdiyini təsdiqləyir.

Qeyd edək ki, sözügedən indeksdə Azərbaycanın regionun lideri olduğu əks olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər