Sizin Reklam Burada

“Avropa Parlamentinin qətnaməsində ermənilərin xeyrinə bir abzas da yoxdur” – Deputat Aqil Məmmədov

“Avropa Parlamentinin qətnaməsində ermənilərin xeyrinə bir abzas da yoxdur” – Deputat Aqil MəmmədovMəlum olduğu kimi iyunun 20-də Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib.

Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa, Attila Ara-Kovaç və Marketa Qreqorovanın iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir.

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında bildirib ki, bu sənədi Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada qurumun prinsipial mövqeyi kimi də qiymətləndirmək olar.

Millət vəkilinin sözlərinə görə indi qəbul edilən qətnamədə 10 il əvvəl – Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş”Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı sənədə istinad edilməsi mühüm əhəmiyyətə malikdir. Çünki, həmin qətnamədə iki yerdə “erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” ifadəsi işlədilib: “İndi erməni tərəfi bu mühüm sənədi öz xeyrinə yozmaq üçün bir abzas belə tapmır. Bu sənəddə “öz müqəddəratını təyin etmə hüququ” ilə bağlı heç nə yoxdur.

Qətnamənin əhəmiyyəti həm də ondan ibarətdir ki, münaqişənin BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüquq normaları əsasında nizamlanmasının zəruriliyi vurğulanır. Xüsusilə BMT Nizamnaməsinə istinad edilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Burada, yeri gəlmişkən, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 822 saylı qətnaməni xatırlamaq istərdim. Həmin qətnamədə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edilirdi. Bu gün Avropa Parlamentinin qətnaməsində BMT Nizamnaməsinə istinad olunması BMT-də qəbul olunmuş məlum 4 qətnaməni də aktuallaşdırır, belə deyək ki, “dirildir”.

A.Məmmədov bildirib ki, hazırda dünyanın diqqətinin daha çox koronavirus pandemiyası ilə bağlı problemlərə yönəldiyi indiki vaxtda Avropa Parlamentindən elan edilən bu qətnamə Azərbaycanın uğurudur. “Bu qətnamə Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı sərgilədiyi prinsipial, güzəştsiz mövqenin, eyni zamanda, Avropa təşkilatları ilə aparılan davamlı, konstruktiv əməkdaşlığın nəticələridir. Ərazisi işğal olunmuş rayonların əhalisi, o cümlədən kəlbəcərlilər, diplomatik məkanda əldə edilən hər bir uğurumuzu, bizi doğma torpaqlara aparacaq kövrək ümid işartıları kimi qəbul edirlər. Bu baxımdan, Avropa Parlamentinin sonuncu tövsiyə-qətnaməsi yüzminlərlə məcburi köçkün üçün sabaha inam yaradır” – deyə millət vəkili bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər