Sizin Reklam Burada

"İsraildə Azərbaycan səfirliyi açılmalıdır"

"İsraildə Azərbaycan səfirliyi açılmalıdır"ALDP Mətbuat xidməti xəbər verir ki, bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.

Son aylarda Ermənistan hakimiyyətinin İsraildə səfirlik açması istiqamətində müəyyən işləri görməsi müşahidə olunur. İsrailin Azərbaycana olan isti münasibətu, hərbi sahədə əməkdaşlığı Ermənistanı qıcıqlandırmaya bilməz. Ona görə Ermənistan İsraildə səfirlik açmaqla Azərbaycan-İsrail əməkdaşlığına mane olmaq istəyir. Azərbaycan da İsraildə səfirliyin açılması məsələsini müəyyən səbəblərə görə uzadır. Baxmayaraq ki, İsrailin Azərbaycanda səfirliyi var.
Baku News bu məsələ ilə bağlı, illər boyu Azərbaycanın İsraildə səfirliyin açılmasını dəstəkləyən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib.

ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalara zidd olduğunu qeyd etdi:

“Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Təl-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədir. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə gətirib çıxaracaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.

Fuad Əliyev hesab edir ki, İsrail prezidentinin dövlət başçısı İlham Əliyevə ünvanlandığı məktub da səfirliyin açılmasına təkan verə bilər:

“Məktubda İsrail prezidenti qeyd edib ki, gələn il Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. Və bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər