Sizin Reklam Burada

Bu gəliş Azərbaycanın yeni erasının başlanğıcı oldu

Bu gəliş Azərbaycanın yeni erasının başlanğıcı olduRəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daimi xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

“Heydər Əliyev bəşər tarixində özünə məxsus dəst-xətti, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri olmaqla yanaşı, konkret bir şəraitdə, konkret bir dövlətin formalaşmasına bilavasitə rəhbərlik etmiş, onun həm ideya müəllifliyi, həm memarı, həm də qurucusu olmuşdur. Müasir Azərbaycan dövlətçiliyi müstəsna olaraq Heydər Əliyevin adı ilə bağlıdır.”

Ölkəmizi məhv olmaqdan xilas edən, Azərbaycanın beynalxalq aləmdə imicini möhkəmləndirən və layiq olduğu yeri tutmağına səbəb olan müdrik dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gəlməsi özü bir tarixi hadisə idi. Bu gəliş Azərbaycanın yeni erasının başlanğıcı oldu.

Tədqiqatçılar, tarixçilər, politoloqlar çox haqlı olaraq yazırlar ki, Heydər Əliyev sevilən müstəqil Azərbaycan rəhbərliyinə yeni söz, yeni fikir, yeni proqramlar gəldi. Ümumimilli liderin böhran içində yaşayan doğma xalqında bu bəladan xilas etmək üçün işləri çox idi. Ən vacibi isə Azərbaycanın müstəqilliyinin, suverenliyinin dönməzliyini təmin etmək, Azərbaycanı güclü, qüdrətli, dünya siyasətinə təsir edə bilən sülhsevər dövlətlər sırasına çıxarmaq. Öz fəaliyyətinə prinsipiallıq, ardıcıllıq, obyektivlik, ədalətlilik, halallıq, dözümlülük, qanunun aliliyi və mənəvi saflığa qorumaq kimi məziyyətlərlə baş ulu öndərimiz xalqın dövlətə, dövlət başçısına inamını qaytararaq əhali arasında baş verən mənəvi aşınmanın qarşısını aldı, onu törədən səbəbləri aradan qaldırdı.

Gəncədə 1993-cü ilin iyun qiyami vəziyyəti daha da ağırlaşırdı. Burada hökümətə tabe olmayan bir qrup zabit ”hərbi birlik” yaratmışdır. Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə dövlətə tabe olmur, iqtidar isə müxalifətin öhdəsindən gələ bilmirdi. Xəyanətin, satqınlığın baş alıb getdiyi ölkədə xalq xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görürdü. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi.

Bu hərakət zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Başlanmış olan bu təhlükəli proseslərin qarşısını ala bilmədiyi dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyeva müraciət etdi. Xalqının və hakim dairələrin təkidi ilə dəvəti qəbul edən vətənpərvər, Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-u Bakiya gəldi. Xilaskarlıq hissiyasını üzərinə alan bu nəhəng şəxsiyyət həyatını təhlükə altına olaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün əlindən gələni etdi. Heydər Əliyevin səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Bu gün tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Heydər Əliyev kəskin ziddiyyətlərin mövcud olduğu bir şəraitdə, dövlətimizin qorunub saxlanılması üçün xalqımız və tariximiz qarşısında böyük xidmət göstərdi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması deməkdir, qurtuluş deməkdir.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inanımızı özümüzə qaytardı, sabitlik-əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, ”Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

Ümummilli liderimiz Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir.
1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə siyasi hakimiyyətə gəlişində sonra daxili münaqişələr, müstəqilliyimizi təhlükə altına alan seperat meyllər aradan qaldırıldı, irimiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı.

Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında Azərbaycan parlamentinə sədr seçilərkən xalq qarşısında bəyan etdi.

“Azərbaycan xalqının tarixi nailliyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyin, inkisaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa olsun,yalniz və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkisaf etdirməsinə həsr edəcəyəm.”

Bu gün ulu öndərin miras qoyduğu Müstəqil Azərbaycan beynalxalq birliyin dəyərli üzvünə çevrilmiş, Qafqaz bölgəsində sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin müəllifi kimi çox böyük nüfuz,etibar qazanmışdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər