Sizin Reklam Burada

Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib

Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib
24 aprel 2020-ci il tarixində COVİD-19 pandemiyası və karantin dövründə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə ilk Gənc Səfirlərin fəaliyyətinin müzakirəsi və planlaşdırılması məqsədilə onlayn görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə DİM üzrə Gənc Səfirlərlə bərabər Azərbaycan Respublikası Milli Məclisinin üzvü, DİM üzrə Gənc Səfirlər layihəsinin əsas təşəbbüskarlarından biri olan Məzahir Əfəndiyev də iştirak edib.

Gənc Səfirlərə müraciətində Məzahir Əfəndiyev karantin və postpandemiya dövründə həm qlobal, həm də ölkə miqyasında gedən proseslərdə gənclərin vacib rolunu vurğulayaraq, onların fəal iştirakı və innovativ yanaşmalarının əhəmiyyətini qeyd edib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus təhlükəsinə qarşı aparılan effektiv mübarizə, əhalinin sağlamlığı, sosial müdafiəsi məsələlərinə göstərilən qayğı və ölkə iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində atılan addımlar alqışlanıb. Gənc Səfirlərlə müzakirələrdə karantin zamanı həssas, xüsusi qayğıya və dəstəyə ehtiyacı olan əhali qruplarına yardımın göstərilməsində, pandemiya sonrası dövrdə isə yeni çağırışlara, o cümlədən yüksək texnologiya vasitələri ilə cavab verməkdə, milli-mənəvi dəyərlərə və mədəni ənənələrə əsaslanaraq, əldə olunmuş yeni bilik, bacarıqlardan istifadə edərək ölkəmizin davamlı inkişafı və rifahı üçün fəaliyyət göstərməkdə gənclərin əhəmiyyətli rolu qeyd olunub.
Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib
DİM üzrə Gənc Səfirlər son həftələrdə fəaliyyətlərini əsasən onlayn rejimdə davam etdirdiklərini qeyd edərək, karantin dövrünə uyğun gələn yeni təklif və təşəbbüsləri müzakirə ediblər. Hər bir Gənc Səfir təmsil etdikləri müvafiq istiqamətlərə uyğun olaraq koronavirus pandemiyasının ekoloji, iqtisadi və sosial təsirlərini qeyd edib.

Həmçinin, Gənc Səfirlərin iştirakı ilə onlayn müzakirələr, seminarlar, təlimlər və təqdimatların növbəti həftələrdə də davam etdirilməsi təklifi dəstəklənib.

Görüşün yekununda Məzahir Əfəndiyev bir daha karantin və postpandemiya dövrlərində ortaq məqsədlər və hədəflər üzrə birgə fəaliyyətin, cəmiyyətimizin həmrəylik nümayiş etdirərək ölkənin rifahı üçün birlikdə çalışmasının, o cümlədən yeni təklif və innovativ təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

DİM üzrə 17 gənc səfir Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində seçiliblər.

Gənc Səfirlərin əsas məqsədi Davamlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhfə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir.
Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər