Sizin Reklam Burada

Bunu ancaq alqışlamaq lazımdır - ALDP sədri

 Bunu ancaq alqışlamaq lazımdır - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etməsinə münasibətində deyib.

"Həm dövlət başçısı İlham Əliyev tərəfindən göstərilən dəstək, həm də Əhməd Orucun ailəsi tərəfindən bu dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm. Bunu ancaq alqışlamaq lazımdır." - ALDP sədri bildirdi.
Onun sözlərinə görə, artıq 5 aydır ki, digər bir müxalifətçi Oqtay Gülaliyevin Türkiyədə müalicə xərclərin Heydər Əliyev Fondu tərəfindən ödənilir. F. Əliyev hər ikisinə Allahdan şəfa diləyib.

"Ümumiyyətlə, son vaxtlar hakimiyyət iqtidar-müxalifət münasibətlərinin normalaşmasında bir neçə müsbət addımlar atıb. Son günlərdə iki partiyanın qeydiyyata alınması kimi addımları qeyd etmək olar. Bu günlərdə Ali Məhkəmənin plenum iclasında iki müxalifətçiyə bəraət verilməsini də buraya aid etmək olar."-Fuad Əliyev qeyd edib.

ALDP sədrinin sözlərinə görə, hakimiyyət tərəfindən edilən müsbət addımlar karantin rejimində davamlı olarsa onda biz iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinə addımlaya bilərik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər