Sizin Reklam Burada

"Paşinyan Lukaşenkoya Rusiyadan şikayət edib"

"Paşinyan Lukaşenkoya Rusiyadan şikayət edib""Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiyadan şikayət edib. Paşinyan ötən gün Lukaşenkoya zəng edib və deyib ki, Rusiya öz qazını Ermənistana baha qiymətə satır. Lukaşenko Paşinyanın bu dərdinə şərik çıxaraq "Rusiya bizə də qazı baha satır" deyib. Paşinyan və Lukaşenko Rusiya qazının qiymətinin həddən artıq şişirdildiyini bildiriblər". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, hər iki lider düşünür ki, əgər dünyada neftin qiyməti enibsə Rusiya onlara satdığı qazın qiymətini endirməlidir: "Beləliklə, Paşinyan və Lukaşenko Rusiya prezidenti Vladimir Putinin arxasınca danışırlar. Belarusa və Ermənistana qazı Rusiyanın "Qazprom" şirkəti satır. Hamıya bəllidir ki, qazın qiymətini bu şirkət deyil, birbaşa Putin müəyyənləşdirir. Lukaşenko ilə Paşinyanı özlərindən çıxaran odur ki, Belarus və Ermənistan Rusiyanın bölgədə faktiki iki vassalı olduğu halda Moskva nədən bu iki dövlətə qazı Avropa dövlətlərinə satdığı qiymətə satır. Daha anlamırlar ki, bu iki dövlət elə vassal olduğuna görə Kreml onlarla istədiyi kimi davranır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər