Xamenei və varisinin aradan götürülməsi üçün plan hazırlandı
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət İranın ali rəhbəri Ayətullah Xameneinin vəzifəsindən uzaqlaşdırılması variantını nəzərdən keçirir.
Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr yazır ki, Tramp administrasiyası simvolik formada İranın uranı zənginləşdirməsinə icazə verilməsi ilə bağlı təklifini müzakirə etməyə hazırdır:
“Bu, əslində İranın nüvə potensialının məhdudlaşdırılması və müharibənin qarşısının alınması üçün bir fürsət ola bilər. Məsələ ilə bağlı Tehrana bütün tərəflərin maraqlarına uyğun gələ biləcək bir variantın təklif olunması nəzərdə tutulur. Tramp danışıqlarda müəyyən irəliləyişin əldə oluna biləcəyi bir razılaşma qəbul etməyə hazırdır.
Pentaqon ABŞ Prezidentinə bir neçə ssenari təqdim edib. Onlar arasında İranın ali rəhbəri, onun ehtimal varisi olan oğlu Müctəba və digər vəzifəli şəxslərin aradan qaldırılmasını nəzərdə tutan plan da var. Lakin Trampın hansı ssenarini seçəcəyi məlum deyil”.
