Türkiyədə avtobus qəzası: 9 ölü, 30 yaralı
Dərc olunub:
6-08-2021, 09:54
Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Avrasiya.net xəbər verir ki, qəza İstanbul-İzmir avtomobil yolunda baş verib.
Məlumata görə, avtobusda 50 nəfər olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.