Sizin Reklam Burada

SKANDAL - Mirzəyev və Darğallı Novruz bayramının Gürcüstanda milli bayram olmasına...

SKANDAL - Mirzəyev və Darğallı Novruz bayramının Gürcüstanda milli bayram olmasına...Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ötən gün Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, sözügedən komitəyə rəhbərlik edən "Gürcü Arzusu"nun deputatı Mixeil Sarcveladze Novruzun Gürcüstan miqyasında milli bayram elan olunması və 21 martın ölkədə tətil olmasına birmənalı yanaşmayıb.

O deyib ki, mən şəxsən təklif edirəm bu qanun layihəyə dəstək olmayaq, qərar vermək çətin olacaq, lakin proses davam edəcək, bu istiqamətdə müəyyən dəyişikliklər ola bilər.

"Biz çalışdıq ki, layihə müəllifləri ilə əlaqə saxlayaq, ancaq vaxt azlığından irəli gələrək bu alınmadı. Mən ona görə də qısa olaraq iştirakçılara məlumat vermək istəyirəm. Azərbaycanlı icması tərəfindən Əmək Məcəlləsinə dəyişiklik olması ilə bağlı təklif irəli sürülüb və regionda qeyd olunan bayramın rəsmi olmasını tələb edirlər. Qeyd etmək istəyirəm ki, bununla bağlı fərqli fikirlər var, ona görə də məntiqi problemlər ortaya çıxa bilər. Geridə qalan Gürcüstanda bu bayram qeyd olunmur, Novruz bayramı Marneuli üçün əhəmiyyətli ola bilər, amma Senaki və ya Çoxtauridə yaşayanlar üçün yox. Beynəlxalq təcrübədə bunu göstərir ki, regional və fərdi olsun və bu daha çox məntiqlidir. Yerli idarə sistemində bu necə mümkündür? - müzakirəyə ehtiyyac var. Bu istiqamətdə araşdırmağa çalışırıq. Əgər qərar qəbul olunsa bu sadəcə bir etnik qrupa deyil yəqin başqaları ilə münasibətdə, hər kəsin ehtiyaclarına uyğun olacaq. Mən şəxsən təklif edirəm bu qanun layihəyə dəstək olmayaq, qərar vermək çətin olacaq, lakin iş davam edəcək, bu istiqamətdə müəyyən dəyiikliklər ola bilər",-deyib M.Sarcveladze.

İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində sözügedən layihənin iclasına Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı, "Gürcü Arzusu"nun otuz beşinci deputatı Savalan Mirzəyev, deputat Tariel Nakaidze, müxalif "Lelo" partiyasının liderlərindən biri Sofia Şamanidi və digərləri qatılıb.

21 mart Novruz bayramı günü ölkədə tətil və milli bayram elan olunması təşəbbüsünə komitədə S.Mirzəyev cıxışında M.Sarcveladze ilə həmfikir olduğuna işarə edib.

"Burada bir çox leqitim suallar mövcuddur. Bununla əlaqədar danışığımız olub və mənim mövqeyimi bilirsiniz. Mən, "Qərbi Gürcüstanda yaşayanlar üçün niyə tətil günü olmalıdır" fikri ilə razılaşmıram. Bircə bu barədə sizinlə razılaşmıram. Mən, bu vətəndaşların təşəbbüsünü bilirəm. Bu barədə məlumatım var. Bu hissə illə razılaşıram ki, hər hansı bir etnik nümayəndə üçün tətil günü olmasın və ümumi layihə üzərində işlənilsin. Əgər mümkündürsə, bu günkü məsələyi səsverməyə qoymayaq",-deyə o, söyləyib.

Ardından çıxış edən Z.Darğallı isə Novruz bayramı günü Gürcüstanda tətil günü elan olunması layihəsi ilə razışlamadığını qeyd edib. O, həmçinin Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Novruz bayramı ilə bağlı vaxtında populistlik göstərdiyini ifadə edib.

"İlk növbədə onu bildirmək istəyirəm ki, Novruz bayramı bizim tarixi bayramdır. Bu bayram yalnız sovet dövründə yox, yüz illərdir qeyd olunur və çox rəngli mədəniyyətimizin biri hissəsidir. Bunuda qeyd etmək istəyirəm ki, bizim icmada, regionda fəallar yetişir, hansı ki, dövlət yönlü fikirləşir və bizim rəngarəngliyimizin güclənməsi üçün hərseyi edirlər. Novruz bayramı həmişə manipulasiya mövzusu olmuşdur, əvvəlki prezident Sakaşvilinin vaxtında populistlik göstərilərək dövlət bayramı kimi elan edildi, ancaq onun heç bir əsası olmadı. Çox sevindirici haldır ki, bu təşəbbüs irəli sürülüb və onların da fikrini bilmək maraqlı olardı. Tətil günü ilə əlaqədər ümumi fikir birliyi olmalıdır və bunuda gözə almalıyıq ki, bu bizim vahid mədəniyyətin bir hissəsidir. Ancaq tətil günü ilə əlaqədar razılaşıram, biz birlikdə fikirləşməliyik ki, bizim rəngarəngliyimiz əmək kodeksində əks olunsun. O ki qaldı sizin sual və yanaşmanıza, bunuda qeyd etmək istəyirəm ki, hal-hazırda dövlət bizim rəngarəngliyimizin güclənməsi üçün hər şeyi edir, bunun üçün layihələr və tədbirlər keçirilir ki, inteqrasiya müvafiq səviyyədə olsun. Artıq yeni nəsil böyüdü, dövlət dilində danışır. Deyərdim ki, bu bizim hakimiyyətin nailiyyətidir. Bir daha yenə bildirmək istəyirəm ki, regionumuzdan qanun layihələrin çıxmagı məni sevindirir və yaxşı olardı ki, gələcəkdə bu cür məsələləri müzakirə etmək imkanımız olsun",-deyib Z.Darğallı.

Müxalif "Lelo" partiyasının liderlərindən biri olan Sofia Siamanidou isə 21 mart Gürcüstanda Novruz bayramının milli bayram və həmin günü tətil elan olunması layihəsini dəstəkləyərək, "Gürcü Arzusu"nun deputatı M.Sarcveladzenin sözügedən təşəbbüs ilə əlaqədar gətirdiyi "Novruz bayramı Marneuli üçün əhəmiyyətli ola bilər, amma Senaki və ya Çoxtauridə yaşayanlar üçün yox" arqumentinə cavab olaraq deyib: "Sözlərimə başlamazdan əvvəl sizin 'Senakidə gürcülər nə üçün Novuz Bayramını qeyd etməlidir?' sualınıza sualla cavab vermək istərdim. Gürcüstanda yaşayan müsəlmanlar nəyə görə Pasxa bayramını qeyd etməlidirlər?".

Məlumat üçün bildirək ki, Savalan Mirzəyev və Zaur Darğallının fikirləri isə sosial şəbəkədə tənqid predmetine çevrilib.

Qeyd edək ki, layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır. Sənəddə martın 21-i milli bayram və Gürcüstanda qeyri-iş günü elan edilməsi təklifi yer alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər