Sizin Reklam Burada

Abbas Lisani ölüm aksiyasına başladı - Siyasi məhbusun həyatı təhlükədə

Abbas Lisani ölüm aksiyasına başladı - Siyasi məhbusun həyatı təhlükədəGüney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani həbsxanada aclıq aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, fəal cəza çəkdiyi Ərdəbil Mərkəzi Həbsxanasının rəhbərliyinə ünvanladığı məktubunda tələbləri yerinə yetirilməyənədək aksiyanın ölümünə qədər davam edəcəyini bildirib.

“Bütün siyasi və ideoloji məhbuslara qarşı amansız davranışları dayandırmaq üçün (quru və ya maye yemək yeməyəcəyəm) ölməyimə qədər aclıq aksiyasına başlayıram”, - Lisani məktubunda yazıb.

Fəal qeyd edib ki, ağır cinayətlərdə məhkum olunan cinayətkarla siyasi məhbusların yatdığı kameralarda yerləşdirilib.

O, İran polislərinin məhbuslarla amansız rəftar etdiklərini, rəhbər şəxslərin siyasi məhbusların hüquqlarına biganə qaldıqlarını bildirib.

Eyni həbsxanada həbsdə olan azərbaycanlı fəal Yusif Karinin də dünən Abbas Lisaniyə dəstək olmaq üçün aclıq aksiyasına başladığı deyilib.

O da Lisani ilə ölüm orucuna başladığını söyləyib. Bununla həmin həbsxanada aclıq aksiyası keçirənlərin sayı 8-ə yüksəlib

Abbas Lisani hazırda Ərdəbil həbsxanasında saxlanılır. O, İran İnqilab Məhkəməsinin qərarı ilə 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci məhkəmə instansiyası tərəfindən 8 il azadlıqdan məhrum edilsə də, Ərdəbil Apelyasiya Məhkəməsi onun həbs müddətini 15 ilədək uzadıb.

Lisani məhkəmənin bu qərarının İrandakı dini-siyasi rejimin sifarişi əsasında olduğuna şübhə etmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər