Sizin Reklam Burada

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı"

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı"Bu gün məsələ ilə yaxından tanış olmaq üçün Dmanisə getmək istəsək də, polislər yolu bağlamışdı, çıxışa icazə verisə də, şəhərə girişə icazə verilmədiyinə görə bir qədər gec getdik.

Bu sözləri Axar.az-a Vahid Milli Hərəkat Partiyasının üzvü, Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Gürcüstanın Dmanisi rayonunda svanların azərbaycanlılara hücum etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, baş verənlər bugünün konflikti deyil:

“Bu gün açıq-aydın görünür ki, bu konfliktin aradan qaldırılmasında dövlət maraqlı deyil. Ən azından axşamdan bu əraziyə xüsusi təyanatlı ordu yerləşdirilə bilərdi və bu da öz növbəsində hər iki tərəfi konfliktdən uzaq tutardı. Lakin bugünün kadrlarından açıq görünür ki, polislər “bitərəf” idi. Svanlar tərəfindən armaturlarla, beysbol dəyənəkləri ilə dalaşır, hətta qadınları da küçəyə çıxıb azərbaycanlıları daşa tuturdu. Və bütün bunların fonunda ərazidə cəmisi 50-60 polis əməkdaşı var idi. Lakin bir neçə ay bundan öncə partiyamızın sədrini tutmaq üçün Gürcüstanın bütün polisləri gəlmişdi”.

A.Süleymanovun sözlərinə görə, bu gün istər Gürcüstan hakimiyyətində, istər parlamentində çoxsaylı ermənipərəstlərin olduğu açıq-aydın görünür:

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı. İki gün öncə Marnueli rayonunda, azərbaycanlıların kompakt yaşadığı yerdə xaç asılmışdı, bir ay öncə də bu baş vermişdi və xaç sındırıldı. Yerində böyük bir mitinq təşkil olundu. Təəssüflər olsun ki, o xaçı sındıranların kimliyini müəyyən etmək mümkün olmadı. Bir gün öncə də bu məsələ oldu və bütün Gürcüstan mediası ayağa qalxdı ki, Marnuelidə – azərbaycanlıların kompakt yaşadığı bir yerdə gürcülərə, xristianlara məxsus olan xaçı sökürlər. Əlbəttə, biz də bu şəxslərin kimliyinin aydınlaşdırılmasının tərəfdarıydıq, çünki heç bir azərbaycanlı pravoslavların dəyərinə, xaçına toxunmaz. Bunu elə özləri edib, özləri də problem yaradırlar. Bu gün isə görünür ki, bu baş verənlərdə iki dövlət, millət arasında problem yaratmaq istəyən üçüncü bir qüvvənin də əli ola bilər. Lakin sözün düzü, mən hazırkı hakimiyyətdən nəsə gözləmirəm”.

A.Süleymanov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt iki dost xalq arasında hansısa qrupların problem yaratmasına imkan verməyəcək:

“Bacardığımız qədər bu konflikti sülh yolu ilə həll etməliyik. Bura bizim torpağımızdır, bura haradansa gəlməmişik, biz bu torpağın aborigenləriyik. Bizim bu torpaqlarda yüzillərə dayanan tariximiz var. Gürcüstan dövlətinin hər problemində gürcü xalqının yanında olmuşuq və heç zaman vətənimiz üçün problem yaratmamışıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər