Sizin Reklam Burada

Azərbaycanlılara qarşı hücumların arxasında "Gürcü Arzusu" dayanır

Azərbaycanlılara qarşı hücumların arxasında "Gürcü Arzusu" dayanırGürcüstanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza qarşı etnik svanların etnik düşmənçilyi səviyyəsində hücumunda birbaşa "Gürcü Arzusu" partiyası dayanır. Çünki, bu partiyanın Azərbaycana və oradakı azərbaycanlılara qarşı siyasəti birmənalı deyil. Qeyd edim ki, bu etnik hücumlar planlı şəkildə həyata keçirilir və Azərbaycana qarşı " Keşikçidağ" məbəd kompleksi ilə bağlı siyasətin tərkib hissəsidir. Bundan əlavə, bu hücümların arxasında Gürcü kilsəsi də durur. Məhz bir neçə ay bundan əvvəl, yeni topaq qanuna görə soydaşlarımızın torpaqları gürcü kilsələri tərəfindən zəbt olunur. Ardınca svanlar vasitəsilə soydaşlarımıza qarşı bu zəmində hücümlar edilir.

Gürcüstanda ermənilərə qarşı qəti surətdə belə bir hücumlar edilimir və buna cürət də etmirlər. Çünki, ermənilər mütəşəkkil cəhətdən birdir və təşkilatlanıb gürcülürin özləri onlardan çəkinir. Zamanla Ermənistan hakimiyyəti Axalkalidə erməniıərin problemlərini qaldırır və müzakirə edir. Onlara sahib çıxır.

Bu kimi hücumlar soydaşlarımızın Gürcüstanda siyasi birlik və ittifaqda olmamasından irəli gəlir. Belə etnik cəhətdən bu kimi hücumlar göstərir ki, bu ölkənin svil və demokartik olması mümkün deyil. Gürcü cəmiyyəti tolerant cəmiyyət deyil. Azərbaycan Cənubi Qafqazda etnik və dini müxtəlifliyi ilə dinc birgə yaşayışın unikal bir modelinə çevrilib.

Qeyd edim ki, soydaşlarımızın yaşadığı bölgədən məhz svan mənşəli deputat seşilib. Gürcü Arzusu partiyası bunu qəsdən həyata keçirdi və təəssüf ki, Bakıdan güdən bir neçə yüksək məmurlar svan mənşəli namizədə səs vermək üçün orada görüşlər keçirdi. Nəticəsi göz qabağındadır. Gürcüstan demokrtik ölkə deyil. Burada cinayətkarlar hakimiyyətdədirlər. Qarabağ məsələsinin həll edilməsi, rəsmi Tiflisin Azərbaycana qarı aqresseyasına gətirib çıxarır.

Biz fikir versək, Gürcü hakimiyyəti hər açıqlamasında Azərbaycana qarşı torpaq iddiası irəli sürür. Azərbaycana qarşı psixoloji savaş aparırlar. Artıq, Azərbaycan hakimiyyəti soydaşıarımıza qarşı bu hücümların qarşısını almaq üçün rəsmi Tiflislə danışmalıdır. Gürcüstan azərbaycanlıları birləşib, yeni bir siyasi partiya qurmalıdır. Və bu partiya Gürcüstan parlamentində təmsil olunmalıdır. Şəxsi maraqları kənara qoyub, ayrı-ayrı gürcü partiyalarında birləşməkdənsə, öz partiyalarınızı yaradın və hakimiyyət uğrunda siyasi mübarizə aparın. Porseslərin qabağı alınmasa, Gürcüstan soydaşlarımızı Borçalıdan didərgin salacaq.

Rəsmi Bakı soydaşlarımızın təşkilatlanmasına dolayı dəstək verməldiir. Artıq Gürcüstanla əlaqələrə yenidən baxmaq zamındır. Bu, ölkəyə sərmayə yatırmağı azaltmaq lazımdır və Mehri dəhlizi açıladıqdan sonra Gürcüstanla güc dilində danışmaq labüddür.
Azərbaycanda yaşayıb, fəaliyyət göstərən xeyli Borçalıdan olan ziyalılar, siyasi fəallar oradakı soydaşlarımızın təşkilatlanması üçün hərəkətə keçməlidirlər.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini, politoloq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər