Sizin Reklam Burada

Tansu Çillər Türkiyənin itirdiyi 291 milyard dollar haqda: “Həmin pulla...”

Tansu Çillər Türkiyənin itirdiyi 291 milyard dollar haqda: “Həmin pulla...”1997-ci il fevralın 28-də baş tutan dövlət çevrilişinin bir tərəfində də dövrün prezidenti Süleyman Dəmirəl dururdu.

Teleqraf.com xəbər verir ki, bu sözləri o dönəmin baş nazirinin müavini postunu tutan Tansu Çillər deyib.

Tansu Çillər Süleyman Dəmirəlin hökumətə dəstək olacağını düşündüyünü bildirib:

“Onun yanına gedərək “bu hökumətin hansı vacib addımlarını görürsünüz?” - sualını verdim. Biz, bu məsələni müzakirə edərkən artıq Sincandan hərbi tanklar keçirdi. Süleyman Dəmirələ “Sincandan tanklar keçir, əgər bu hökumətə bir xəbərdarlıqdırsa, bunun qanuni bir əsası yoxdur və bir tədbir görülməlidir” - dedim. Dəmirəl isə mənə “Komandan zəncirini bir daha poza bilmərəm. Bir dəfə Güreş Paşanı aldım, komanda zənciri pozuldu, sənin ağlında nə olduğunu bilirəm. Bu komanda zəncirini pozmaq doğru olmaz” - cavabını verdi. Mən komandanları dayandırmaqdan danışırdım. Bundan sonra Nəcməddin Ərbakanın yanına getdik. Millətə xidmət onun əsas hədəfi idi, amma hər dəfə hakimiyyətə gələndə bir çevriliş olurdu. Hərbçilərlə uzlaşmaq istəyirdi. Ona “bunu təftiş edək, bu çevrilişin qanuni əsası yoxdur” - dedim. Ərbakan isə "bunu qabartmadan üstündən keçək, əsgərlər bizi sevirlər, ölkəyədə gözəl xidmətlərimiz olur. Bu xidmətlər davam etməlidir” - cavabını verdi. Biz, bu işin üstündən keçdik, amma üstündən keçiləsi bir məsələ deyildi. Əsgər ölkənin və mənim gözümün bəbəyi idi, ancaq bəzi addımlara “dur” - demək lazım gəlirdi”.

28 fevral çevrilişindən sonra Türkiyədə iqtisadiyyatın ağır vəziyyətə düşdüyünə diqqət çəkən Tansu Çillər qeyd edib ki, çevrilişin ardınca batan banklar ölkəni böyük böhrana saldı: “Bu böhranın zərəri 291 milyard dollar oldu. Bunu gənclərimizin dövlət çevrilişinin xərclərini başa düşməsi üçün demirəm. Bu gün gənclərin ən vacib problemi işsizlikdir. Ama bu 291 milyard dollarla gənclərimizin işsizlik problemini böyük ölçüdə həll edə bilərdik”.

Keçmiş hökumət başçısı əlavə edib ki, hamımız eyni platformada bir araya gələrək demokratiyanın ümumbəşəri dəyərləri barədə razılığa gələ bilsək, ölkəmizi nəinki çağdaş sivilizasiyalar səviyyəsinə yüksəldə, həm də ölkəni böyük bir mərhələdən keçirə bilərik: “Sonunda millət nə etdi? Bizi təmizləyib Ədalət və İnkişaf Partiyasına şans verdi, bununlada çevrilişlər dövrü bitdi. İndi demokratiyanın yüksək platformasında birləşmək bizim borcumuzdur, hamı üçün yer var. Çevrilişlər dövrünü bitirdik, amma hələ birləşməmişik. Yenə də bir araya gələ bilərik. Çünki hər birimiz üçün Türkiyə var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər