Sizin Reklam Burada

Alman nazir: İran odla oynayır

Alman nazir: İran odla oynayırAlmaniyanın xarici işlər naziri Hayko Maas rəsmi Tehrana ölkəsinin nüvə müqaviləsinə edilən düzəlişlərin icrasını dayandıracağına dair xəbərdarlıq edib.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, ölkənin baş diplomatı İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını bildirib.

Onun sözlərinə görə, İranın bundan imtina etməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) dürüst əməkdaşlıq etməməsi, ABŞ-ın nüvə sazişinə qayıdışını sual altında qoyur və daha da çətinləşdirir.

Maas qeyd edib ki, hazırda İranla müzakirələr həddən artıq mürəkkəbləşib:

“Bunun da səbəbi odur ki, İran aşkar şəkildə nəinki mövcud gərginliyi aradan qaldırmaq niyyətində deyil, əksinə, mövcud gərginliyi daha da şiddətləndirir. Bu isə sadəcə olaraq odla oynamaq deməkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər