Makron Putini bu tədbirə dəvət etmədi
Dərc olunub:
10-02-2021, 15:35
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrondan Napoleonun ölümünün 200 illiyi bağlı keçiriləcək tədbirə dəvət almayıb.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.
Qeyd edək ki, Napoleon 1821-ci ildə Müqəddəs Yelena adasında ölüb.