Sizin Reklam Burada

"Bloomberq":“Türkiyə ABŞ-ı seçəcək, Rusiyadan imtina edəcək”

"Bloomberq":“Türkiyə ABŞ-ı seçəcək, Rusiyadan imtina edəcək”Türkiyə Rusiya ilə fikir ayrılıqlarına görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) yönəlik öz siyasətinə yenidən baxmağı planlayır.

Bu barədə məlumatlı mənbələrə istinadla «Bloomberq» agentliyi xəbər verib.

Ankara Vaşinqtonla münasibətləri tənzimləməklə, silah kontraktları bağlamağa ümid edir. Agentliyin iddiasına görə, Türkiyə hakimiyyəti həm də ümid edir ki, NATO üzrə müttəfiqləri ilə aralarında yaşanan fikir ayrılıqlarını yoluna qoymaqda ABŞ ona kömək edə bilər.

“Bloomberq”in yazdığına görə, Türkiyəni ABŞ-la yaxınlaşmaya həm də Avropa İttifaqı (Aİ) itələyir. Bundan başqa Suriya, Liviya və Dağlıq Qarabağla bağlı Rusiya ilə aralarında olan ziddiyyətlər də buna müəyyən təsir göstərir.

«Bloomberq»in fikrincə, bu zaman Ankara Vaşinqtonun yeni sanksiyalarından yan keçmək məqsədilə, hətta Rusiya istehsalı olan “S-400” ZRK-ın ineqrasiyasından da imtina edə bilər.

Amma agentliyin bu xəbəri Türkiyə ilə Rusiyanın münasibətlərini körlamaq məqsədilə Qərbin ortaya atdığı feyk-xəbər də ola bilər. Nədən ki, Türkiyənin “S-400” ZRK-nin inteqrasiyasından imtina edə biləcəyi ağılabatan görsənmir.

Rəsmi Ankara da bunu dəfələlə iddia edib.

Azpolitiko.info

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər