Ermənistanda koronadan daha 29 nəfər öldü

Ermənistanda koronadan daha 29 nəfər öldüErmənistanda koronavirusa yoluxma hallarının sayı 85 034-ə qalxıb.

Avrasiya.net xəbər verir ki, ölkədə bir gün ərzində 2383 nəfər koronavirusa yoluxub.

Virusdan son sutkada 29 nəfər ölüb (ümumilikdə 1272). Koronavirusa yoluxan, ancaq yan xəstəlikdən ölənlərin sayı isə 354 nəfərdir (son sutkada 2 nəfər).