Sizin Reklam Burada

"Vaqner" muzdluları Azərbaycanda olub – Şərh

"Vaqner" muzdluları Azərbaycanda olub – ŞərhABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Rusiyanın məşhur “Vaqner” muzdlularının olduğu ölkələr içərisində Azərbaycanın da adı var. Mərkəzin iddiasına görə, “Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı, Azərbaycanda da olublar.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, “Vaqner” muzdluları həqiqətən Azərbaycanda olub.

“Bu gün “Vaqner” muzduları Suriya, Liviya, Donbas kimi dünyanın ən qaynar münaqişə nöqtələrində döyüşür, savaşlarda iştirak edir. Bundan başqa, bəzi Afrika ölkəsində təhlükəsizliklə bağlı təlimlər keçirlər.

ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına gəldikdə isə deyə bilərəm ki, hesabat həqiqəti əks etdirir. Lakin bir nüansı yanlış qeyd ediblər. Belə ki, “Vaqner” muzdluları dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisində, lakin Bakının nəzarət edə bilmədiyi Qarabağda, Ermənistan rəhbərliyinin istəyi ilə olub. Yəni bu gün bu ərazilər hüquqi olaraq Azərbaycana məxsus olsa da, faktiki olaraq işğal edildiyi üçün Ermənistanın nəzarətindədir. Bu mənada “Vaqner” muzdularının bu ərazidə fəaliyyət göstərməsindən rəsmi İrəvan məsuliyyət daşıyır.

Digər tərəfdən, “Vaqner” muzdularının Azərbaycana gəlməsi üçün hər hansı bir səbəb görmürəm. Bizim nəinki “Vaqner” muzdularına, ümumiyyətlə heç bir kənar qüvvəyə ehtiyacımız yoxdur. Əgər nə zamansa kənar hərbi dəstəyə ehtiyacımız olsa, onda Türkiyə və Pakistan kimi qardaş dövlətlər hər zaman hazırdır”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər