Sizin Reklam Burada

Aleksey Navalnı Rusiyaya qayıtmağa qərar verdi

Aleksey Navalnı Rusiyaya qayıtmağa qərar verdiRusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyaya qayıtmaq istəyir.

"Report" "The New York Times"ə istinadən xəbər verir ki, bu barədə o, alman prokuroruna bildirib.

Məlumata görə, müxalifətçi sağalan kimi evə qayıtmağı planlaşdırır.

"O, Almaniyaya sürgünə yola düşməyə hazırlaşmır. O, Rusiyaya - evə qayıtmaq və işini davam etdirmək istəyir", - qəzet müsahibinin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, Navalnı vəziyyətindən tam xəbərdardır. Müxalifətçi həmçinin ona nə olmasından məlumatlıdır.

Mənbə qeyd edib ki, Navalnı prokurorla söhbətində Almaniyaya hadisənin birgə araşdırılmasını təklif edən Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.

Avqustun 22-də Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya aparılıb. O, hazırda Berlin şəhərindəki "Şarite" Klinikasında müalicəsini davam etdirir.

Xatırladaq ki, 20 avqustda rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər