Sizin Reklam Burada

Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd oldu

Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd olduGürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

Bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalqla görüşməlidir:

“Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.

Qeyd edək ki, 52 yaşlı M.Saakaşvili 2008-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O, 2015-2016-cı illərdə Ukrayna prezidentinin məsləhətçisi və Odessa vilayətinin qubernatoru olub. Gürcüstanın üçüncü prezidenti bu ilin mayından Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər