Sizin Reklam Burada

Azər Süleymanovdan sərt sözlər - "Gürcüstanda ermənipərəst nazirlər var"

Azər Süleymanovdan sərt sözlər - "Gürcüstanda ermənipərəst nazirlər var"3 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə qətnamədə səssiz qalan Ermənistana, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov sərt münasibət bildirib.

Aktual.ge xəbər portalı ilə söhbəti zamanı millət vəkili deyib: "Ermənistan yenə də səs vermədi. Bu onun birinci dəfəsi deyil. Ermənistan Gürcüstana qarşı apardığı siyasətdə o iclasların heç birində Gürcüstanın tərəfini tutmayıb. Bu gün Gürcüsran torpaqlarının 20%-i işğal altındadır və təəssüflər olsun ki, hazırki hakimiyyət Ermənistanın bu hərəkətinə heçbir fikir bildirmir. Gürcüstan hakimiyyətində çox sayda ermənipərəst rəhbərlər var və bunlar hər zaman ermənilərin tərəfini tuturlar və bu məsələlərdən çox kənar gəzirlər, gündəmə gətirmirlər. Son zamanlarda cərəyan edən proseslər barədə rəsmi açıqlama verilməsə də Gürcüstan üzərindən keçən silahlar sübut olundu. Bəzi qeyri hökumət təşkilatları və bəzi cəmiyyətlər bu məsələ ilə bağlı işğalçı Rusiyaya fikir bildirmək əvəzinə Azərbaycana qarşı xoşagəlməz ifadələrə yer verdilər. Bütün bunların səbəbi isə mövcud Gürcüstan hakimiyyətinin susqunluğundan ibarətdir. Bu isə erməni lobbisinin Gürcüstandan daha güclü olduğunu göstərir".

Millət vəkili sözlərinə belə davam edib:

"Bu gün Gürcüstanda kifayət qədər ermənipərəst nazirlər və millət vəkilləri var. Bu həm də İvanişvilinin apardığı siyasətin nəticəsidir ki, o, ermənilərə daha üstünlük verir. Xatırladım ki, Azərbaycanın ən faciəli günü olan 20 yanvar tarixində “Avakiyan”ın heykəlinin açılması, Salome Zurabişvilinin yeni seçilən zaman 'Saakaşvili türklərə çox üstünlük verirdi, mən bu oyunları dəyişəcəm. Ermənilər bizim üçün çox dəyərlidirlər' çıxışından açıq aydın görünür. Mövcud hakimiyyət üçün nə dövlət, nə Gürcüstan, nə də ki, Gürcüstan torpağı maraqlı deyil. Bunlar üçün maraqlı olan tək şey var bu da onların cibləri və “patronları” olan Rusiyaya xidmət etməkdir".

Məlumat üçün xatırladaq ki, Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə qətnaməni 84 ölkə dəstəkləyib. Sənədin əleyhinə 13 ölkə çıxıb, 78 ölkə isə səsvermədən imtina edib. Azərbaycan və Türkiyə ötən il də olduğu kimi Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələrin sırasında yer alıb. Ermənistan isə ənənəsinə sadiq qalaraq səsvermədə iştirak etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər