Sizin Reklam Burada

Tehran hələ susur...

Tehran hələ susur... İsrail üçün Bəhreyn, BƏƏ çox vacibdir, çünki bu ölkələr coğrafi baxımdan İrana yaxındır. Yəni İsrail bu ölkələrin hava məkanından istifadə edərək İrana təndid törədə bilər.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Bəhreyn, BƏƏ və İsrail arasında hava məkanından istifadə etməyə dair əldə edilən razılığı şərh edərkən deyib.

O bildirib ki, bu razılaşma ilə İsrailin hərbi təyyarələri rahat şəkildə Fars körfəzində uçuşlar həyata keçirə biləcək:

“Ərəb ölkələrinin İsrail ilə münasibətlərini normallaşdırması müxtəlif sahələrdə artıq özünü büruzə verməyə başlayıb. Bəhreyn, BƏƏ və İsrail arasında hava məkanından istifadə etməyə dair əldə edilən razılıq bunun bariz nümunəsidir. Razılaşmaya əsasən, İsrail təyyarələrinin BƏƏ-yə uçuşları zamanı Bəhreyn hava məkanından istifadəsinin önü açılmış olur. Düşünürəm, bu razılaşma İsrail üçün tarixi bir razılaşmadır. Belə ki, İsrail təyyarələri artıq rahatlıqla ərəb ölkələri üzərindən keçə biləcək. Bundan əlavə, İsrail bu ölkələr üzərindən birbaşa Asiya ölkələrinə də uçuşlar gerçəkləşdirə biləcək.

Razılaşmanın əsas diqqət çəkən məqamı bunun İsrailin bütün təyyarələrinə şamil olunmasıdır. Yəni razılaşmaya əsasən, İsrailin həm də hərbi təyyarələri adı keçən ölkələrin hava məkanından istifadə edə biləck.

Şübhəsiz, bu, ilk növbədə, İranın maraqlarına ziddir. Ehtimal ki, qısa müddət ərzində İran məsələyə öz rəsmi münasibətini bildirəcək. Çünki rəsmi Tehran heç bir halda ən böyük rəqibinin sərhədlərinə bu cür yaxınlaşmasını sakit qəbul edə bilməz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər