Sizin Reklam Burada

"Lotu Quli"nin kriminal imperiyasının başına O KEÇDİ - FOTO

"Lotu Quli"nin kriminal imperiyasının başına O KEÇDİ - FOTOBir müddət öncə Türkiyədə öldürülən Nadir Səlifovun ("Lotu Quli”) kriminal imperiyasına onun kiçik qardaşı 44 yaşlı "qanuni oğru” Namiq Səlifov (Bakinskiy) rəhbərlik etməyə başlayıb.

Publika.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Namiq Səlifov öldürülən qardaşının işlərini qəbul edib. Tərəvəz bazarlarının tacirləri artıq ona xərac verməyə başlayıblar. Böyük qardaşı Nadirlə birlikdə həbs olunan Namiqə 1996-cı ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi tərəfindən hökm oxunub: Nadir 15 (sonradan müddət 2021-ci ilə qədər uzadıldı), Namiq isə 27 il azadlıqdan məhrum edilib. Ancaq hər iki qardaş vaxtından əvvəl sərbəst buraxılıb.

Namiq 2001-ci ilin aprelinə qədər azadlığa çıxıb və 2013-cü ildə İstanbulda "qanuni oğru” adını alıb.

22 il həbsdən sonra - 2017-ci ilin payızında Nadir Səlifov sərbəst buraxılıb. O, hələ həbsdə ikən Rusiyadakı tərəvəz bazarlarının əksəriyyətinə nəzarəti ələ keçirib.

Nadir Səlifova ilk olaraq Sverdlovsk vilayətinin tacirləri xərac veriblər. Sonradan isə o, Sibir və Rusiyanın cənubundakı bazarları nəzarətə götürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər