Gürcüstanda mikroavtobus uçuruma yuvarlandı: 12 ölü
Dərc olunub:
23-08-2020, 23:55
Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.
"RİA Novosti" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.
Qalan sərnişinlərin axtarışı davam edir.
Faktla bağlı araşdırma başlanılıb.