Sizin Reklam Burada

Türkiyədə dəhşətli partlayış: 4 ölü, 108 yaralı... - Video

Türkiyədə dəhşətli partlayış: 4 ölü, 108 yaralı... - VideoTürkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış olub.

Avrasiya.net xəbər verir ki, partlayış güclü olduğundan səsi 40 kilometr uzaqlıqdan eşidilib. Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri Sakaryada partlayış baş verən bölgəyə göndərir.

Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq Sakaryaya yola düşüb.

Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib:

“Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.

***

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.

Bu barədə Xəndək bələdiyyə sədri Turqut Babaoğlu məlumat verib.

***

Partlayışlar nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 108-ə çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər