Sizin Reklam Burada

Tiflisdə yeni gərginlik: Müxalifət hökuməti təhdid etdi

Tiflisdə yeni gərginlik: Müxalifət hökuməti təhdid etdiƏgər Gürcü Arzusu beynəlxalq ictimaiyyətə verdiyi vədi bu dəfə də pozsa, o, xarici tərəfdaşlarından ağır zərbə alacaq.

Axar.az xəbər verir ki, bunu Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze deyib.

Onun sözlərinə görə, hakim komandanı heç vaxt konstitusiya maraqlandırmayıb və onlar daima dar partiya maraqlarından çıxış ediblər.

Gürcüstan parlamentindəki Vahid Milli Hərəkat Partiyasının fraksiyasının rəhbəri Roman Qoçiridze isə hökumətin müxalifətlə əldə etdiyi razılaşmanı icra etməyəcəyi təqdirdə beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəyini deyib. O, konstitusiya dəyişikliklərinin baş tutmamasının ölkədə ciddi qeyri-stabillik yaradacağını söyləyib.

Qeyd edək ki, bundan öncə hökumətlə müxalifət arasında növbəti seçkilərin hansı qaydada keçirilməsi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, hökumət 2020-ci ilin oktyabrında baş tutacaq parlament seçkisində 120 deputatın proporsional, 30 deputatın isə majoritar sistemlə seçilməsi, eləcə proporosional yolla keçiriləcək dairələrdə parlamentə keçid üçün baryeri 3%-dən 1%-ə endirəcəyi vədini verib. Hökumətlə müxalifət arasındakı razılaşmanın əldə olunmasında ABŞ, Almaniya və Avropa Birliyi vasitəçilik edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər