Sizin Reklam Burada

İranda parlament seçkiləri: namizədlərin təbliğat və təşviqat işlərinə icazə verildi

İranda parlament seçkiləri: namizədlərin təbliğat və təşviqat işlərinə icazə verildiİranda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərə təbliğat və təşviqat işlərinə başlamaq üçün fevralın 15-dən icazə verilib.

11-ci parlament seçkiləri İran üçün gərgin bir vəziyyətdə keçiriləcək. Belə ki, ABŞ ilə qarşıdurmanın kəskinləşməsi və iqtisadi sanksiyalar, fevralın 21-də keçiriləcək parlament seçkilərinə mütləq təsir göstərək. Bu təsirin nədən ibarət olacağına gəlincə isə qeyd etməliyik ki, İran siyasətində həmişə iki böyük siyasi düşərgə arasında rəqabət aparılıb. İnqilabdan sonra formalaşmış, sonralar isə daha da güclənmiş islahatçılar və əsasən dindarlardan ibarət mühafizəkarlar arasında həmişə siyasi mübarizə aparılıb. İranda prezident seçkiləri də bu iki düşərgənin nümayəndələri arasında gedir.

Budəfəki parlament seçkilrində islahatçıların qələbə qazanacaqları böyük şübhə altındadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, islahatçıların lideri olan Həsən Ruhani İranın təcrid olummasını qəbul etməyərək Qərb ilə anlaşmanın zəruriliyini ortaya qoyaraq ABŞ və Avropa dövlətləri ilə danışıqlara başladı. H. Ruhani hesab edirdi ki, dünyadan geri qalmamaq üçün İran bəzi güzəştlərə getməlidir. Konkret halda isə özünün nüvə proqramını dayandırmalı, sanksiyalardan azad olmalı və dayanıqlı inkişafa nail olmalıdır. Bu tezislər ictimaiyyət tərəfindən dəstəkləndi və ölkə daxilində islahatçıların nüfuzu artmağa başladı. Danışıqların nəticəsi kimi 2015-ci ilin iyununda İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilə imzalandı. Qısa bir müddət ərzində İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldı. Lakin 2015-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp köhnə administrasiyanın siyasi xəttini düzgün hesab etmədi və İrana qarşı sanksiyaları nəinki bərpa etdi, onları daha da sərtləşdirdi. İrana dünya bazarına neft çıxarmaq da qadağan edildi. Sanksiyalar İranda əhalinin sosial vəziyyətinə mənfi təsir göstərdi. H. Ruhani və islahatçılar komandasının bütün səylərinə baxmayaraq sanksiyalardan qorxan xarici şirkətlər İranı tərk etdilər. Əhalinin gözlədiyi iqtisadi firavanlıq nəinki baş vermədi, tam əksinə əhalinin sosial vəziyyəti daha da ağırlaşdı.

Belə bir vəziyyətdə qarşıdakı seçkilərdə islahatçıların qalib gələcəyi o qədər də inandırıcı görünmür.

Mühafizəkarlara gəldikdə isə qeyd etmək lazımdır ki, hələ Qərb ilə danışıqlara başlamazdan əvvəl prezident H. Ruhani Ali Rəhbər Əli Xamenei ilə məsləhətləşmə aparmışdı. H. Ruhani Ali Rəhbəri iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün Qərb ilə danışıqların zəruriliyinə inandıra bilmişdi. Həmin dövrdə Ə. Xamenei danışıqlara başlamaq üçün icazə verdi, lakin onu da nəzərə çatdırdı ki, ABŞ heç vaxt İran ilə münasibət qurmayacaq. Bu gün Ali Rəhbərin dedikləri özünü tam doğrultdu.

Qeyd etmək lazımdır ki, islahatçılar Qərbə ilə dialoqa meyil etsələr də mühafizəkarlar Qərb ilə əlaqələrə ehtiyatla yanaşırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər