Sizin Reklam Burada

Körpəsini 13 min dollara satan ana tutuldu

Körpəsini 13 min dollara satan ana tutulduGürcüstanda körpəni satmağa cəhd edən yeddi nəfər saxlanılıb.

Report xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin arasında körpənin anası və iki həkim də var. Saxlanılanlardan biri bundan öncə eyni cinayətə görə məhkum edilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər maddi gəlir əldə etmək məqsədilə körpəni satmaq və əldə olunan pulları aralarında bölmək niyyətində olublar.

Onlar körpəni 13 min dollara almaq istəyən şəxsi tapıblar. Cinayətin üstünü örtmək məqsədilə körpənin anası uşağı dünyaya gətirdiyi xəstəxanada başqa şəxsin soyadı altında qeydiyyata alınıb.

Körpənin satılmasından sonra cinayətkar şəbəkə fevralın 6-da işfa olunub və uşaq müvafiq dövlət agentliyinə müvəqqəti nəzarət üçün təhvil verilib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər