Sarkisyandan Paşinyana ağır sözlər: “Xəstə insanlar...”
Dərc olunub:
29-01-2020, 12:00
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın Qarabağla bağlı ittihamlarına cavab verib.
Publika.az xəbər verir ki, Sarkisyan 2016-cı il “aprel müharibəsi”nə həsr edilmiş tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Keçmiş prezident açıqlamasında Paşinyanın bəyanatını nəzərdə tutaraq, “Mən xəstə insanlara fikir vermirəm” deyə bildirib.
Qeyd edək ki, Paşinyan Sarkisyan hakimiyyətinin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı sənədə imza atdığını, keçmiş hakimiyyətdən onlara ağır miras qaldığını iddia edib.
Sarkisyan digər sualları cavablandırmaqdan imtina edib. Bildirib ki, vaxtı gələndə hər şeyə cavab verəcəklər.