Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi
Dərc olunub:
29-01-2020, 11:54
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə verilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Arevik Xaçatryan məlumat verib.
“Baş Prokurorluq ittiham aktını təsdiqləyib və cinayət işi Yerevan Məhkəməsinə yollanıb”- deyə xəbərdə deyilir.
Cinayət işi keçən ilin sonlarında qaldırılıb. İstintaqın məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə “Fleş” şirkətinə yardım göstərib. Şirkət dizel yanacağı təminatı ilə bağlı tenderdə qalib gəlib. Bununla da, dövlətə 1 milyon dollardan artıq zərər dəyib.