İranın raket zərbələri nəticəsində 50 ABŞ hərbçisi zərər çəkib
Dərc olunub:
29-01-2020, 11:19
İranın İraqdakı ABŞ hərbi bazasını raket atəşinə tutması nəticəsində zərəçəkənlərin sayı 50 nəfərə çatıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Tomas Kempbel bildirib:
"Daha 16 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub... Bu günə qədər 50 ABŞ hərbçisinə kəllə-beyin travması diaqnozu qoyulub".
T.Kempbelin sözlərinə görə, onlardan 31-nə tibbi yardım göstərilib və onlar vəzifələrinin icrasına qayıdıblar, 18 nəfər isə müalicə üçün Almaniyaya təxliyyə ediliblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını söyləyib, daha sonra isə hərbçilərdə kəllə-beyin travmasının qeydə alındığını etiraf edib.