Sizin Reklam Burada

İranda daha bir sərnişin təyyarəsi qəzaya uğradı

İranda daha bir sərnişin təyyarəsi qəzaya uğradıİranın Xuzistan vilayətinin Mahşəhr aeroportunda ölkənin "Caspian" hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə IRIB məlumat verib.

Tehran-Mahşəhr təyyarəsi eniş zamanı zolaqdan çıxıb və şəhərin Sərbəndər magistral yoluna daxil olub.

Hadisə saat 7:30-da baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər