Sizin Reklam Burada

İncirlik bazasına İranın zərbə endirməsi mümkündürmü?

İncirlik bazasına İranın zərbə endirməsi mümkündürmü?
Politoloq: “NATO müharibə mövqeyindən çıxış etməyin tərəfdarı deyil, ona görə də...”

ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb. Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusundan bəyan edilib ki, ərazisini İrana qarşı hücumlar üçün platforma kimi təqdim edən hər bir dövlət cavab atəşi üçün hədəf olacaq.

Qeyd edək ki, birbaşa ABŞ-ın olmasa da Amerikanın hegemonluq etdiyi NATO-nun Türkiyənin İncirlik ərazisində hərbi bazaları mövcuddur. Əslində hər kəsə məlumdur ki, illərdir ABŞ bu baza vasitəsilə bölgədə özünü möhkəmlədib.

ABŞ-İran müharibəsi başlayacağı və NATO-nun da avtomatik olaraq Amerikaya dəstək verəcəyi halda İncirlik bazasının İrana qarşı plastdarma çevrilməsi mümkünmü? Bu baş verərsə, İran Türkiyəyə zərbə endirə bilərmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İncirlik bazasına zərbə endirilməsi ehtimalı kifayət qədər aşağıdır. İranın İraq ərazisindəki ABŞ bazasının yaxınlığına zərbə endirməsi sadəcə olaraq qorxutma, Amerikadan qorxmama təəssüratı yaratmaq məqsədi güdürdü. Amma hər iki tərəfdən müharibə ritorikasından istifadə artıq səngiyir: “Bu, Avropa Birliyinin vasitəçi sifətilə İran-ABŞ münasibətlərinin tənzimlənməsinə girişməsi ilə bağlıdır. Hətta Türkiyə də bu prosesə qoşulub. Prezident Ərdoğan da gərginliyin azaldılması üçün əlindən gələni edəcəyini bildirib. İranın özündə də ehtiraslar müəyyən qədər səngiməyə başlayıb. Reallıqları ayıq başla dəyərləndirməyə başlayıblar. Yəni tərəflər öz imkanlarını ölçüb-biçməyi bacarırlar. İran yaxşı bilir ki, Amerikaya hər hansı bir zərbə endirəcəyi təqdirdə sarsıdıcı cavab zərbəsi alacaq. Bu sarsıdıcı zərbə isə onsuz da iqtisadiyyatı çökməkdə olan İranı daha da ağır vəziyyətə sala bilər. Bax bu nöqteyi-nəzərdən İranın hərəkətlərində də kompromisə meyllilik açıq formada yox, bu və ya digər formada hiss edilməyə başlayıb. Məsələn, Avropa Birliyinin nümayəndə heyətinin Tehranda olduğu və müəyyən danışıqlar apardığını qeyd edirlər. Trampın özü də ritorikasını dəyişib. O, İranla danışıqlara hazır olduğunu bəyan etdi. İki-üç gün öncəki ritorika artıq xeyli yumşalıb”.

Politoloq hesab edir ki, bütün bunlar yaxın Şərqdə müharibə ehtimalının çox zəif və hətta yox dərəcəsində olduğunu söyləməyə əsas yaradır: “Amerika müharibə istəmir. Həm seçkilər ərəfəsindədir, həm Vaşinqton bilir ki, müharibə başlasa bu, çox böyük maddi və insan itkisinə gətirib çıxaracaq və bunun məsuliyyətini daşımağa heç bir siyasətçinin gücü çatmayacaq. İranın özü də vəziyyəti real qiymətləndirməyi bacarır. NATO-nun özü də müharibə mövqeyindən çıxış etməyin tərəfdarı deyil. Bütün bunlar İncirlik bazasına İranın zərbə endirməsi zərurətinin olmadığı mənzərəsini yaradır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər