Sizin Reklam Burada

"Tuqay meşələrindən əsər-əlamət də qalmayıb"

"Tuqay meşələrindən əsər-əlamət də qalmayıb"Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Gənclərin işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirakı" layihəsi çərçivəsində ilk səfərim Cəbrayıl rayonuna oldu.

Orada müşahidələr apardım və ekoloji qiymətləndirmədə iştirak etdim. Təəssüf olsun ki, müşahidə etdim ki, erməni vandalizmi nəticəsində Araz çayının qırağı ilə sıx Tuqay meşələrindən əsər-əlamət də qalmayıb. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı, Əmirvanlı və başqa kəndlər yerləşir. Hər 3 kənddə olduq. Hər tərəfdə dağıdılmış, uçurulmuş, yandırılmış evlərin qalıqları, başı kəsilmiş, gövdələri yandırılmış ağaclar var.

Böyükmərcanlı kəndində məhv edilmiş tut bağlarını tətdiq etdim. Böyük Mərcanlı sakinləri baramaçılıqla, üzümçülüklə məşğul olublar. Yolun sağı da, solu da aqrotexniki qulluq edilmədiyi üçün cılızlaşan və əksər hissəsi quruyan üzümlüklər tut bağları, üzüm plantasiyaları idi. ETSN-nin əməkdaşının bildirdiyinə görə tut bağları bura baramaçılıq üçün salınmışdı. İndi nə o tut bağları var, nə də üzümlüklər.

Cəbrayılda da işğaldan azad olunan digər rayonlarımızda olduğu kimi çox ciddi şəkildə minatəmizləmə əməliyyatları həyata keçirilir. “Ohanyan səddi”nin bir hissəsi Cəbrayılın ərazisinə düşür.

Tut bağlarından sonra yolumuz Əmirvanlı kəndinə oldu. Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq olub. ETSN-nin əməkdaşının dediklərinə görə Cəbrayılın 24 min hektarlıq meşə ərazisinin 23 min hektarı məhv edilib. Ermənilər Cəbrayılın meşələrini qırıb, rayon ərazisindəki bütün qiymətli ağacları kəsərək Ermənistana daşıyıb. Qiymətli Araz palıdı meşə sahələrinə qarşı xüsusi amansızlıq göstərilib. Zəngilanda olduğu kimi, Cəbrayılda da 100-200 il, hətta Əmirvarlı kəndində təbiət abidəsi hesab olunan, yaşı 800 il olan ağacı belə kəsiblər. Əmirvanlı kəndində əsas gövdəsi kəsilmiş və yandırılmış Şərq Çinarına baxış keçirdik. Bu Şərq Çinarı təbiət abidəsi statusludur. 3 metrə yaxın diametri olan gövdəsini də yandırıblar. İndi həmin gövdənin kənarlarından 12 Araz çinarı boy verib, uzanıb, qollu budaqlı olublar.

Əmirvanlı kəndindən çıxıb 3 km qət edərək Soltanlı kəndinin qum yatağına baxış keçirdik. Qarabağın yenidən qurulmasında bu qum yatağının yüksək tikinti əhəmiyyəti vardır. Sabah Füzuli rayonuna səfər edəcəyik. Səfərimlə bağlı fikirlərimi sizinlə paylaşacağam.



Ülvi Məmmədov / 30.11.2021

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər