Sizin Reklam Burada

“Rusiya Yaxın Şərqdə tam məğlub olub”

“Rusiya Yaxın Şərqdə tam məğlub olub”Teymur Qasımlı: “Hazırda Rusiyanın Yaxın Şərqdə ABŞ-la çəkişmələr aparmaq gücü yoxdur”

Rusiyanın həmişə Yaxın Şərqdə maraqları və bu maraqlar üzündən bir çox maneələrlə üzləşməsi məlumdur. Rəsmi Moskva Cənubi Qafqazda təsirini qoruyub saxlamaqla yanaşı, bir əlini də Yaxın və Orta Şərqə uzadıb. Lakin son İraq, Suriya və Əfqanıstan olayları rəsmi Moskvanın bu bölgədə sıradan çıxdığını deməyə əsas verib.

İstanbul Universitetinin Beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı “Xalq Cəbhəsi”nin Rusiyanın Yaxın Şərqdəki rolu ilə bağlı suallarını cavablandırıb.

- Rusiyanın Yaxın Şərq siyasəti heç də onun maraqlarına cavab verməyib. Əsas səbəblər nə ola bilər?

- Yaxın Şərq termini ilk dəfə 1902-ci ildə ABŞ hərbi dəniz qüvvələrin qurucusu polkovnik Alfred Mahan (1840-1912) tərəfindən işlədilib. Mahan həmin dövrdə Ərəbistan və İran arasında bügünki Pakıstan sərhədlərini Yaxın Şərq olaraq görüb. Rusiyanın hər zaman Yaxın Şərqdə maraqları olub. Hətta Çar Rusiyası Yaxın Şərqlə bağlı siyasət aparmağa çalışıb, amma uğursuz olub. Uğursuz olmasının əsas səbəblərindən biri Osmanlı dövləti olub. Birinci dunya müharibəsi baş verdi, nəticədə Osmanlı imperiyası sıradan çıxdı, Yaxın Şərqdəki torpaqlarını itirdi. Yaxın Şərq İngiltərə Fransa arasında bölündü. Artıq Çar Rusiyası yox idi, yerinə bolşevik Rusiyası meydana çıxdı. Bolşevik Rusiyası əsir xalqlara azadlıq, işçilərin, yoxsulların hamisi kimi iştirak etməyə başladı. Sovetlər Yaxın Şərq siyasətinin təməlini Səudiyyə Ərəbistanla münasibətlərdə qurmaqla başlayıblar. Hətta Sovetlərin Riyada ilk sovet konsulu tatar türkü Kərim Həkimov olub və böyük işlər görüb. Sovetlər 1924-cü ildə Səudiyyə Ərəbistanla münasibətlər qurub. Bolşeviklər Səudiyyə Ərəbistanı dövlətinin qurulmasında İngiltərəyə dəstək veriblər. Riyad və Moskvanın 1920 və 30-cu illərdə olduqca səmimi münasibətləri olub. Sonradan ABŞ prezdenti Ruzveltlə dönəmin Səudiyyə kralın məxfi görüşü olub. İmzalanan qeyri rəsmi müqavilə hətta bü günə qədər də önəmli rol oynayır.

Amerika geoloqları Dəhranda dünyanın ən böyük xam neft yatağını kəşf ediblər. Bu, Sovet İttifaqının 1938-ci ildə Ciddədə yeni bir missiya başçısı təyin etməsinə səbəb olub. Lakin kral Əbdüləziz Ciddədə Həkimovdan və ya Turyakulovdan başqa kimsəni görmək istəmədiyini söyləyib. 1938-ci ilin sentyabrında sovet diplomatları Ciddəni tərk edib və missiya bağlanılıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yalnız 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra tamamilə bərpa olunub. O vaxtdan bəri 25 il keçib və Rusiya-Səudiyyə əlaqələri simvolik səfərlərdən kənara çıxmayıb. Bu gün də normal münasibətləri yoxdur, bunun da əsas səbəb ABŞ-dır. Sonra ardıcıl olaraq digər ərəb dövlətləri ilə münasibətlər qurub. Əsasda İkinci dunya müharibəsi bitdikdən sonra. Sovetlər dağılana qədər Sovet Rusiyası Yaxın Şərqdə aktiv siyasət aparıb. Əsasda İsrail Fələstin münaqişəsində Fələstinin yanında olub. Fələstinlilərə hər cür yardım edib. Bundan başqa Misirlə, Suriya, İraq, Liviya, digər ərəb dövlətləri ilə yaxşı münasibətlər qurub. Sovetlərin İranla münasibətləri İkinci dunya müharibəsindən sonra sərin olub. İranda inqilab olanda sonra normal münasibətləri qura bilməyib. Sovetlərin əsas hədəfi ABŞ-ı Yaxın Şərqdə sıxışdırmaq olub. Bu bir müddət uğurlu oldu.

Ancaq sonradan ABŞ-ın ustalıqa apardığı siyasət nəticəsində Sovetlər Yaxın Şərqdə məğlub oldu. ABŞ dövlət katibi Henri Kissincer apardığı uğurlu diplomatik oyunları nəricəsində Misir sovetlərdən qopdu ABŞ-ın yanında yer aldı. Sonra digər ərəb dövlətləri sovetlərdən uzaqlaşdılar. Hətta sovetlər İsrail siyasətini dəyişdi. Pərdəarxasında İsrailə münasibətlər qurdu. Bu münasibətlərin qurulmasında Pirmakovun böyük rolu olub. Nəticə olaraq sovetlər dağıldı, Rusiya Federasiyasi yarandı və 2000-ci illərə qədər Rusiya Yaxın Şərqdə aktiv rol oynaya bilmədi. Sovetlər dağıldan sonra Rusiya dövlət SSRİ mirası olaraq Ərəb dövlətlərindən Rusiya borclarını qaytarmalarını tələb edib. Bir çox ərəb dövləti az da olsa borcunu geri qaytarıb. Yeganə olaraq Rusiya dövləti Suriyanın borcunu bağışlayıb. 2000-ci ildən sonra, yəni Putin dövründə Rusiya Yaxın Şərqdə siyasi gedişlər etməyə başladı. Hətta Rus-Çeçen müharəbəsi zamanı Səudiyyə Ərəbistanı çeçenlərə yardım edirdi. Bu yardımlar Rusiya Səudiyyə münasibətlərinə mənfi təsir göstərdi. Amma Putin yeni Yaxın Şərq siyasətində Ərəbistana yaxınlaşmağı bacara bildi.

Tam olmasa da Putin Yaxın Şərqdə aktiv rol olmağı bacardı. Əsasda İraqda Səddamın devrilməsindən sonra Rusiyanın müdaxilə imkanları sifır oldu. Ancaq Primakovun vasitəsi ilə Səddam Huseynlə müəyyən işlər apara bildi. Ancaq Səddam devrildi. Bundan sonra Rusiya Suriyada hərbi bazalarını gücləndirdi Suriya ilə əməkdaşlıqlarını dərinləşdirdi. Suriyada vətəndaş müharibəsi başladı. Əsədin devrilməsini hər kəs gözlədiyi bir zamanda Rusiya onu xilas etdi və Suriyada söz sahibi oldu. Rusiya Suriyada ABŞ, İsrail, İran Türkiyə dövlətlərinə qarşı mübarizə apardı. Sonda Rusiya İran Türkiyə uçbucağı yarandı. Birlikdə uğurlu işlər gördü ancaq İran oyundan kənar edildi, masada Türkiyə Rusiya qalıb. Rusiya ABŞ-la birlikdə Türkiyəni indi sıradan çıxarmaq istəyir. Digər Yaxın Şərq körfəz ölkələri ilə normal münasibətlər qurmaga çalışır. Son zamanlar isə Qatarla yaxşı münasibətlər qura bilib. Onu demək olar ki, istər Sovetlər, istərsə indiki Rusiya tam istədiklərinə ona görə nail ola bilməyib ki, onun qarşsında güclü oyuncular olub, onlar Rusiyanı Yaxın Şərqdə sıxışdırıblar. Əsasda Vaşiqton-London-Təl-Əviv üçbucağı bu işdə birlikdə hərəkət ediblər, indi də bu siyasət davam etməkdədir. Ümumi götürəndə Rusiya Yaxın Şərqdə tam məğlub olub. Əsasda Sovetlərin yaxın siyasəti fiaskoya uğrayıb. Ərəblər Moskvadan istifadə ediblər sonda üzlərini Qərbə tərəf tutublar.
- Kremlin Yaxın Şərqdə ABŞ, Avropa və Türkiyə ilə toqquşmaları daha çox hansı tərəfin xeyrinədir?
- Bu suala tam cavab vermək bir az çətindi. Ancaq onu deyə bilərəm ki, bu toqquşmalarda kim maraqldırsa ona sərf edir. Məsələn Təl-Əviv Londonun maraqlarına uyğun ola bilər.

- Rusiyan Yaxın Şərqdə "oynaması" na nə sövq edir, məqsədi nədir?

- Sovetlərin məqsədi Yaxın Şərqdə əsas hədəfi sosializim yaymaq, ABŞ-a qarşı koalisya qurmaq, oradakı etnik xalqlardan istifadə edərək oz planları həyata keçirmək idi. Məsələn, Fələstin Azadlıq təşkilatına öz maraqları çərçivəsində dəstək olurdu. Əvəzində FAT məsnsubları ermənilərə dəstək veridi. Niyə? Türkiyəyə qarşı. Diqqət etsəniz sovetlər dağıldıqdan sonra FAT zəiflədi, tək qaldı sonda uzünü Avropaya tərəfə çevirdi. İndi Rusiyanın məqsədi nədir? Rusiyanın Yaxın Şərqdə iki əsas hədəfi var. Birinci, Yaxın Şərq dövlətlərinin əsas Qatar qazının Avropaya daxil olmasını əngəllmək istəmir, bunun üçün Qatara yaxınlaşıb. İkinci hədəf Aralıq dənizi sahilində hərbi bazalarını qurmaq istəyir. Bunu Suriyada bacarıb və genişləndirir.

Ancaq yeni hərbi bazalar qurmaqdı. Məsələn, Sudanın bundan öncəki devrilən lideri ölkəsində Rusiyanın hərbi bazasının olmasına razlıq vermişdi və işlər gedir. Sonra Sudanda hərbi çevrliş oldu, bu işlər dayandı. Maraqlıdır, Sudan Ali Hərbi Şurasının sədri general Əbdülfəttah əl-Burhan bildirib ki, Rusiyanın Sudanda hərbi bazalarını açılmasına müsbət baxırıq.

- Yaxın Şərq həmişə çalxalanıb, Rusiyanın qazancı nə olub?

- Rusiya Yaxın Şərqdə çalxalanmalardan az da olsa qazancla çıxıb. ABŞ-ın Yaxın Şərqdə, əsasda İraqda imicinin aşağı olması, itirdiyi pullar, ABŞ-ın İraqı işğal etməsi, digər işləri görməsi ordakı islamçı qruplarının antiABŞ mövqeyində olması Rusiyanın isinə yarayıb. Digər tərəfdən bu qrupların Rusiya qarşı isti baxmaları müəyyən mənada Rusiyanın qazancı olub. Bir də son zamanlarda ərəb gənclərin rus dili oyrənmələri Avropa, ABŞ simpatiysında sonra Rusiya maraq göstərmələri Rusiyanın qazandıqları siyasına əlavə etmək olar. Digər tərəfdən Rusiyanın Yaxın Şərq ölkələri ilə böyük ticarət dövriyyəsi yoxdur.

- Necə fikirləşirsiz, Yaxın Şərqdə Rusiya-ABŞ çəkişmələri nə vaxtacan davam edəcək. Aralarında bölünməyən nə var

- ABŞ və Rusiya İkinci dunya müharibəsindən sonra Yaxın Şərq uğrunda mübarizə aparıblar. Təbii, iki dövlətin maraqları olub. ABŞ-ın Yaxın Şərqdə əsas hədəfi neft olub, digər tərəfdən İsrail dövlətini yaratmaq. Sovetləri güc sahibi olmasını əngələmək olub bunu da uğurla edib. Maraqlıdır, İsrail dövlətinin yaranmasını Stalin də icazə verib, böyük dəstək verib, amma sonradan Sovet-İsrail münasibətləri soyuq olub. Hazırda Rusiyanın Yaxın Şərqdə ABŞ-la çəkişmələr aparmaq üçün tam gücü yoxdur. Ərəb dövlətləri, Qərb ABŞ-ın yanındadırlar, son zamanlar İsrailə dilomatik münasibətlər qururlar. Sadəcə Rusiya da Yaxın Şərqdə pay istəyir, dava bunun davasıdır. Düşünrəm ki, kimin daha çox pay alması uğrunda bu çəkişmələr davam edəcək.

- "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlişi Rusiyanın Yaxın Şərq siyasətindəki roluna necə təsir göstərib.

- Əfqanıstan uğrunda 100 il öncə Çar Rusiyası ilə İngiltərnin mübarizəsi olub. Sonda Çar Rusiyası məğlub olub. Sovet Rusiyası ilə ABŞ arasında Əfqanıstan uğrunda mübarizə olub. Əfqanıstan strateji yerdədi. Əfqanıstanın Çinvə İranla sərhədi var. Nəticədə Sovet Əfqanıstana daxil oldu və ABŞ-ın tələsinə düşdü sonda məğlub oldu və sovetlər dağıldı. 2001-ci ildə ABŞ Əfqanistana daxil oldu. 11 sentyabr hadisəsini bəhanə edərək Əfqanıstan 20 il idarə elədi sonda çıxdı. 20 ildə Əfqanıstanda NATO, ABŞ-ın olmasını Rusiya istəməyib, buna qarşı olub. Hər zaman qoruxub, əsasda Orta Asiya əlindən çıxar. İndi isə siyasi proseslər dəyişib. ABŞ-ın oradan cıxmasına Rusiya sevinir, amma hələki Əfqanıstanda istədiyi kimi siyasətini apara bilmir. Sualınıza cavab olaraq deyə bilərəm ki, Yaxın Şərq siyasətində müsbət və ya mənfi təsiri olmayıb. Ancaq Qatarla sıx əməkdaşlıq qurmağa can atır. Çünki, “Taliban”ın iki dövlətə təsir gücü var - biri Pakistan, digəri Qatardır. Düşünürəm, bundan sonrakı siyasi prosesləri yaxından izləmək lazımdır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər