Sizin Reklam Burada

“Qarabağı azad etməklə Azərbaycan Gürcüstanı ruhlandırdı, ona sanki güc verdi”

“Qarabağı azad etməklə Azərbaycan Gürcüstanı ruhlandırdı, ona sanki güc verdi”Tariel Nakaidze: “Hakim partiya “Gürcü Arzusu”nda bir Rusiya qorxusu var, Kremlin təsiri altındadır”

Ötən ilin oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə vəziyyət yenidən gərginləşdi. Müxalifət seçkilərdə ardıcıl olaraq üçüncü dəfə iqtidar partiyasının qalib gəlməsi ilə razılaşmadı. Müxalifət kütləvi saxtalaşdırmalar haqda bildirdi, nəticələri tanımaqdan imtina etdi və yeni parlamenti boykot etmək qərarına gəldi. İş o yerə çatdı ki, Avropa İttifaqı məsələyə qarışmalı oldu... Ölkədə təkpartiyalı bir parlament formalaşdı... Etiraz aksiyaları səngimədi... İqtidar partiyası “Gürcü Arzusu” istefaya çağırıldı... Ölkə bir neçə gün qarışdı...

...5 iyul səhər saatlarında Tbilisinin mərkəzində LGBT-nin “Tbilisi Prayd”ın (Ləyaqət yürüşü) keçirməsi vəziyyəti daha da gərginləşdirdi. Gürcüstanlı milliyətçilər və din xadimləri ilə LGBT tərəfdarları arasında baş verən toqquşmalarda 53 jurnalist yaralandı. Keşişlər və rusiyapərəst “Gürcü marşı” deyilən qrup üzvlərinin təxriubatı nəticəsində aksiyada döyülən “Pirveli” kanalının operatoru Lekso (Aleksandr) Laşkaravanın vəfat etməsi əhalinin hakim partiyaya olan nifrəti daha da artırdı... Yenidən “İstefa” şüarları səsləndi...

Ötən həftə Gürcüstanda səfərdə olan Avropa Şurasının prezidenti Şarl Mişel baş nazir və müxalifətlə görüşlərindən sonra söyləyib ki, Ali Məhkəmə hakimlərinin sürətli təyin edilməsi məsləhətləşmələrin nəticələrinə tam cavab vermir.

Onun sözlərinə görə, əsas məqam AB ilə münasibətlərdə çox vacib rol oynayan təməl insan haqqı, azadlıq hüququdur. Konstitusiya hüququ - mətbuat və ifadə azadlığı qorunmalıdır…

Müxalifət və bitərəflər isə iddia edirlər ki, Gürcüstan bütün sahələrdə geriləyib. Xüsusən də insan haqlarının qorunması sahəsində. Ölkədə insan haqlarına dəyər verilmir, vətəndaşların hüquqları kobud şəkildə pozulur. Bir sözlə, əksəriyyət hakim partiya – “Gürcü Arzusu”na “Əlvida” deyir.

“Xalq Cəbhəsi”nin müsahibi Gürcüstan parlamentinin deputatı Tariel Nakaidzedir.

Bu həmin Nakaidzedir ki, Gürcüstanda yaşayan bütün milli azlıq, azsaylı xalq və etnik qrupların parlamentdə səsidir. Qısa zaman kəsiyində insanlar arasında böyük hörmət, seçicilərinin etimad və inamını qazanıb. O eyni zamanda bütün Gürcüstan müsəlmanlarının ümid yeridir, azərbaycanlıların da sevimli dostlarından biridir.

Bilməyənlər üçün: 20.03.1976-cı ildə Acarıstan Muxtar Vilayətinin Batumi, Khulo şəhərində anadan olub. Orta məktəbi 1993-cü ildə Batumidə bitirib. 1994-1999-cu illərdə Ankara Qazi Universitetinin xarici dillər (ərəb) şöbəsində oxuyub. 2001-ci ildə Gürcüstana qayıdıb və Batumi Dövlət Universitetinin xarici münasibətlər şöbəsində, 2001-2005-ci illərdə isə Batumi Niko Berdzenişvili adına Elm İnstitutunda araşdırmaçı kimi çalışıb. 2004-2006-cı illərdə Tiflis Dövlət Universitetində ərəb dilində magistr təhsili alıb. 2009-2012-ci illərdə Türkiyənin Rize Universitetində ilahiyyat fakültəsinin Quran təsfiri şöbəsinin magistr dərəcəsini alıb. 2008-2020-ci illərdə Gürcüstan Müsəlmanları Birliyinin prezidenti vəzifəsində çalışıb. Türk və ingilis dillərindən 20-dən çox dini ədəbiyyat tərcümə və çap işində iştirak edib. 2020-ci il Gürcüstan Parlamenti seçkilərinə Avropa Gürcüstan Partiyasından deputat seçilib. Seçkidən sonra siyasi böhran başladığından partiyası parlamentə girməməyə qərar verdi. 2021-ci il aprelin 19-da partiyadan ayrılıb parlamentə gəlib. Hazırda müstəqil millət vəkilidir. Müxtəlif illərdə bir neçə beynəlxalq təşkilatda insan hüquqları sahəsində çalışıb. Evlidir, üç övladı - bir qızı, iki oğlu var.

- Gürcüstanda siyasi böhran yaşanır. Son illər və son seçkilərdə saxtakarlıqlar, iqtidarın yürütdüyü siyasət, əhalinin gözləntilərinin yerinə yetirilməməsi, verilən vədlərə əməl olunmaması vəziyyəti gərginləşdirdi. Avropa İttifaqı (Aİ) böhranın həllində iştirak etmək qərarına gəlib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstana səfər edərək Gürcüstan Prezidentinin Orbeliani sarayında hakim "Gürcü Arzusu" Partiyası, müxalifət partiyaları və liderləri arasında siyasi böhrandan çıxmaqla bağlı razılaşma imzalanıb. Gürcüstan müxalifətinin hakim partiyadan üç tələbi var. Bunlar müxalif liderlər Nika Melia və Giorgi Ruruanın həbsdən azad edilməsi, erkən parlament seçkilərinin keçirilməsi və ölkənin Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsidir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Gürcüstanın müxalifət partiyalarına siyasi böhrandan çıxmaq üçün yeni təkliflər təqdim edib. Sənədə əsasən, əgər hakim partiya payızda keçiriləcək yerli seçkilərdə 43 fazidən az səs toplayarsa, 2022-ci ildə erkən parlament seçkiləri təyin ediləcək. “Lelo”, “Aqmaşenebeli strategiyası” kimi müxalifət partiyaları sənədə müsbət yanaşsa da, “Avropanın Gürcüstanı - Azadlıq Uğrunda Hərəkat” və “Milli Hərəkat” partiyaları təkliflə razılaşmayıblar. Onlar erkən parlament seçkiləri məsələsini yerli hakimiyyət orqanlarına seçkilərlə əlaqələndirməyi məntiqli hesab etmirlər. Avropa Şurası prezidenti Şarl Mişelin səfərindən sonra onun şəxsi nümayəndəsi diplomat Kristian Denielsonda martda iki dəfə Gürcüstana gəlib. Onun hökumət və müxalifətlə bir neçə görüşü baş tutub, amma nəticəsiz qalıb.

- Gürcü mediasından əldə etdiyimiz məlumatlarda “Gürcü Arzusu”nun nüfuzunun aşağı düşdüyü bildirilir...

- Düzdür, ona görə ki, “Gürcü Arzusu” üzərinə düşən vəzifələrini yerinə yetirmir, bu da əhalinin haqlı narazılığına səbə olur. Partiyanın reytinqi aşağı düşür. Ölkədə iqtisadi böhran da yaşanıb. Buna koronavirusun yayılması böyük təsir edib. Pandemiyaya q1arşı mübarizədə hökumət zəiflik göstərdi, bu da iqtisadi sahənin geriləməsi ilə bağlıdır. Əhalinin narazılığı artır. Bu üzdən müxalifət güclənir, iqtidar partiyası isə zəifləyir. Bundan başqa ölkədə insan haqlarına dəyər verilmir, vətəndaşların hüquqları pozulur. Baxın, iyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı jurnalistlərin hücuma məruz qalması və hətta "Pirveli TV"nin operatoru Lesko Laşkaravanın öldürülməsi hadisəsi də hökumətə olan inamı azaldıb. Axı bu hadisələrdə məsuliyyət hakimiyyətin üzərindədir. Çünki hökumət aksiyada iştirak edən insanları qorumadı, aksiya iştirakçıları arasında toqquşma olduğu zaman polis onları sakitləşdirmədi. Polisin hadisələrə kənardan seyr etməsi, sakit dayanması aksiya iştirakçıları arasında yaralanmaya, hətta ölümə səbəb oldu. Ölkənin daxili işlər naziri parlamentə dəvət olunsa da qaçıb gizləndi. Bu vəziyyəti daha da gərginləşdirdi və Gürcüstan həm daxili, həm də xarici siyasi basqılara məruz qaldı. Əhalinin bu hakimiyyətə, bu hökumətə inamı azaldı.

- Bu ilin ilk aylarında Bidzina İvanişvili siyasətdən getdiyini bəyan etdi. Amma deyəsən partiyası hələ də onun təsiri və nəzarətindədir.

- İvanişvili siyasətdən getdiyini deyir, amma getməyib. Arxasında pulu və dəstəyi ilə partiyasının yanındadır. Partiyasının hər bir işindən xəbəri var, onu idarə edir. “Gürcü Arzusu” onun razılığı olmadan heç bir qərar qəbul etmir. Necə deyərlər, İvanişvilinin bir əli partiyanın üstündədir.

- Hakim partiyanın Rusiyayönümlü olduğu barədə ittihamlar da səslənir. Bunu daha çox İvanişvilinin Rusiyanın adamı olması ilə bağlayırlar..

- 2012-ci ildə “Gürcü Arzusu”nun Gürcüstanda hakimiyyət başına gəldikdən sonra fəaliyyəti, xüsusən də yanlış siyasəti onun Rusiyapərəst mövqedə olduğunu isbatlayıb. 9 ildir gərginliklər davam edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə iqtidar partiyası ilə müxalifət arasında əldə olunan razılaşmanın bəzi şərtlərinin yerinə yetirməyən “Gürcü Arzusu” Rusiyanın təsiri altında olduğunu göstərir. İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" aksiyasında rusiyapərəst qüvvələrin təxribatları da bu iddiaları sübuta yetirmiş olur. İqtidar partiyası ABŞ-a dost, Avropa Birliyini dəstəklədiyini, Avropayönümlü bir siyasət yürütdüyünü desə də ortada nəticə yoxdur. Bu iddialar yalnız gözdən pərdə asmaqdan başqa bir şey deyil.

- Azərbaycan 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbə qazandı, Qarabağ azad edildi. Bu qələbə Gürcüstanda necə qarşılandı?

- Müsbət. Nəhayət, haqq öz yerini tapdı, işğal edilən torpaqlar geri alındı. Buna ancaq sevinmək olar. Bilirsiz ki, Gürcüstanda da buna bənzər bir problem mövcuddur – Abxaziya və Cənubi Osrtiya Rusiya tərəfindən işğal edilib. Qarabağı azad etməklə Azərbaycan sanki Gürcüstana bu məsələdə bir növ dəstək oldu, güc verdi, ruhlandırdı. Bizi də bu barədə yenidən düşünməyə vadar etdi. Biz qonşularımızla münasibətlərimizi normallaşdırmaq, sülh şəraitində yaşamağın tərəfdarıyıq. Amma burada Rusiyanın təsiri olduğundan hələ vəziyyət istədiyimiz kimi deyil.

- Rusiyadan söz düşmüşkən, rəsmi Kremlin Cənubi Qafqazda işğalçılıq siyasətini necə dayandırmaq olar?

- Bu çox çətin bir prosesdir. Tarixən Rusiyanın bölgədə geosiyasi maraqları olub. Rusiyanın güclü dövlət olduğunu nəzərə almaqla ondan yaxa qurtarmağın heç də asan olmayacağını bilirik. Bunu özümüz edə bilmərik. Bu məsələdə beynəlxalq güvlərin dəstəyindən istifadə etməliyik. İnşallah, yaxın bir zamanda bunun həllinin tapılacağını düşünürəm. Bir az özümüzü toparlamalı və mübarizəyə hazır olmalıyıq.

- Gürcüstan parlamentində cəsarətli çıxışlar edirsiz. Hətta bir dəfə tribunadan baş nazirə müraciətiniz də olub...

- Mən Gürcü müsəlmanlar Birliyi rəhbəriydim. Təkcə dini sahədə fəaliyyət göstərmirdim. İnsan haqları, xüsusən də azlılqarla bağlı çalışmalarım var. Siyasətə baş vurmamın səbəbi azlıqların burada səsinin olmamasıdır. Gürcüstan partiyaları buna cəsarət etməyiblər, həmişə susublar. Gürcüstanda bir gürcünün müsəlmanam deməsi ciddi problemdir, inanılmazdır. Mən parlamentdə çıxışlarımın birində baş nazirə də müraciət etdim ki, azlıqların hüquqları qorunsun. Mən bu gün Gürcüstandakı milli azlıqların səsiyəm dedim. Mən bir gürcü müsəlmanam, çox istəyirəm ki, hörmətli cənab baş nazir, gürcü müsəlman olduğumu bilsin. Rustaveliyə ləyaqətlə və azadlıqla gələcəyik, məscidlər, kilsələr, sinaqoqlar, müstəqil rəngarəng Gürcüstanı inşa edəcəyik. Ancaq suallarımızdan yan keçməyə icazə verilməyəcək, suallarımızı cavablandırmalısınız. Gürcüstanda yaşayan azlıqları yalnız təhlükəsizlik baxımından düşünə bilmək üçün Gürcüstanda yaşayan azlıqları ikinci dərəcəli vətəndaş kimi qeyd etməyinizə icazə verilməyəcək.
- Yeri gəlmişkən, ölkədə bu sahədə vəziyyət necədir?
- İnsan hüquqlarının qorunmasıyla bağlı liberal, normal bir qanunumuz var. Azərbaycanlılar Gürcüstanda çoxluq təşkil edir. Onlara daha artıq dəyərin verilməsi lazımdır. Məsələn, Batumdə yeni camenin tikilməsində çətinliyin olması bizi narahat edir. Bu məsələ ilə bağlı məhkəmələrə üz tutduq, qazandıq. Biz hakimiyyəti qanun aliliyinə hörmətlə yanaşmağa dəvət edirik. Yadınızdadır, Dmanisidə azərbaycanlılara qarşı təxribat olmuşdu. Mən o zaman Xarici İşlər Nazirinin və parlamentdəki bəzi millət vəkillərinin Dmanisi probleminin Azərbaycan və Gürcüstan arasında həll edilməsini dilə gətirməsini də diskriminasiya adlandırdım və bununla da ölkədəki vətəndaşların hüquqlarının pozulduğunu bildirdim.
Mən Gürcüstan qanunvericiliyinə azlıqların mədəni narrativinin daxil edilməsinin vacibiyini də vurğulamışam. Ölkədə yaşayan azlıqların hüquqlarını qorumaq mütləqdir, axı onlar da bizim vətəndaşlarıdr.

- Parlamentdə Novruz bayramının yenidən milli bayram kimi təqvimdə yer almasıyla bağlı aparılan müzakirələrdə aktiv iştirak etmisiz, bu təşəbbüsü dəstəkləmisiz.

- Öncə qeyd edim ki, Novruz bayramı 2010-cu ildə sabiq prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə milli bayram elan olunmuşdu. “Gürcü Arzusu” hakimiyyətə gəldiyi 2012-ci ildən sonra bayramın rəsmi statusu dayandırılıb. Gürcüstan azərbaycanlıları Novruz bayramı gününün istirahət günü elan edilməsi ilə bağlı parlamentə müraciət təqdim ediblər. Gürcüstan parlamentində bu məsələnin gündəmə çlxarılmasının özü böyük bir işdir. Məsələ parlamentin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində müzakirə olunub. Təəssüflər olsun ki, bu sessiyada onu qanunlaşdıra bilmədik. Amma inşallah buna da nail olacağımıza inanıram. Mən parlamentdəki azərbaycanlı deputatlar – Zaur Darğallı, Savalan Mirzoyevlə də söhbət etdim. Onlara bizə dəstək vermələrini xahiş etdim. Düzdür, onlar iqtidar partiyasını təmsil edirlər, mövqeləri partiyanın siyasətinə zidd ola bilməz. Amma hər halda mən çox istərdim ki, bu məsələ yenidən qanuna minsin.

- Zurabişvili hökumətinin ölkədə yaşayan ermənilərə simpatiyası, azərbaycanlılara antipatiyası olması ilə bağlı deyilənlər nə dərəcədə doğrudur?

- Yox, elə bir şey ola bilməz. Düzdür, Zurabişvili sərhədlərin delimitasiyası məsələsində fikir söyləməklə bir sıra yanlışlıqlar edib. Amma heç vaxt Zurabişvili ölkədə erməniləri azərbaycanlılardan üstün tuta bilməz. Burada hamının hüququ qorunur. Düzdür, sosial problemlər var, amma bu o demək deyil ki, Gürcüstanda hakimiyyət ermənilərə daha çox üstünlük verir.

- Saakaşvilidən sonra Gürcüstan necə göründü?

- Saakaşvili hökumətinin bəlli problemləri vardı. Saakaşvili 9 il hakimiyyətdə oldu, İvanişvilinin partiytası da 9 ildir hakimiyyətdədir. İlk illərdə insan haqlarının qorunmasında “Gürcü Arzusu” irəli getdi, amma iqtisadi sahədə gerilədi. Bu hökumətin Rusiya qorxusu üzündən, bundan başqa koronavirusun təsirindən baş verdi. Hər iki hökumətin müəyyən çatışmayan cəhətləri vardı. Amma bu gün “Gürcü Arzusu” hakimiyyətdən getsə vəziyyət yaxşılığa doğru dəyişər. Gürcüstanda koalision hökumət formalaşmalıdır.
- Saakaşvili Gürcüstana dönərsə nə baş verə bilər?
- O qayıdarsa nələrin baş verə biləcəyini indidən söyləmək çətindir. Amma Saakaşvilinin Gürcüstan siyastəində xüsusi yeri var. Saakaşvili Gürcüstana dönərsə, müxalifət düşərgəsində ciddi topralanma ola bilər.

- Azərbaycan Gürcüstan üçün nə deməkdir?

- Azərbaycan Gürcütsn üçün yaxşı, etibarlı, sadiq bir qonşudur. Yaxşı qonşu olmaq çox önəmlidir. BTC-dən başlayaraq bizim iqtisadi bağlantılarımız var. Azərbaycan bizim üçün dəyərli və önəmlidir. Biz də eynuiz zamanda Azərbaycan üçün. Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır. Hər iki ölkə üçün qonşuluq münasibətləri önəmlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər