Sizin Reklam Burada

Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik - Fuad Əliyev

Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik - Fuad ƏliyevAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, beynəlxalq təşkilatların son olaylardan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe ədaləti əks etdirirmi?

- Bizim səylərimiz nəticəsində beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı müvafiq bəyanatlar veriblər. Dağlıq Qarabağla bağlı məsələdə bütün dünya Azərbaycanın mövqeyini dəstəkləyib, ərazi bütövlüyümüzü tanıyıb. Dünyanın nüfuzlu təşkilatları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı bəyanatlar veriblər, mövqe bildiriblər.

- Amma Avropadakı bəzi dairələr Azərbaycanla bağlı öz hesabatlarında qərəz və qeyri-obyektivliyə yol verir.

- Mən deməzdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Avropa dövlətlərinin qərəzli mövqeləri olsun. Bu ölkələr BMT üzvüdürlər və Ermənistanın işğalçı dövlət olduğuna, Azərbaycanın işğal etdiyi torpaqlarından silahlı qüvvələrin çıxarılması ilə bağlı 4 qətnamənin qəbulua səs veriblər. İkincisi, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit olunub. Amma düzdür, vaxtaşırı bəzi beynəlxalq təşkilatlar bəyanatlar verirlər. O da əsasən insan haqları və seçkilərlə bağlı olur.

- Bəs Avropa Şurası? “Susmaq razılığ əlamətidir” belə deyirlər.

- Avropa Şurasının Azərbaycanla münasibətləri, bu başqa bir söhbətdir. Ermənilərin dünyada güclü lobbisi var. Bu təşkilatlar illər boyu fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan və Türkiyəyə qarşı iş görürlər. Azərbaycan Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar. Bu faktdır. Azərbaycana qarşı ikili standart, qərəzli mövqe nümayiş etdirib. Ermənilərin Tovuzda təxribati ilə bağlı susmaqları, bizə olan qərəzli münasibətin sübutudur.

- Belə olan təqdirdə biz daha nə etməliyik ki, bizə qarşı belə qeyri-obyektiv münasibət olmasın?

- Mənim fikrimcə, Azərbaycan belə qurumlarla və hətta erməni mövgeyindən çıxış edən ölkələrlə ikili münasibətlərə yenidən baxmalıdır. Bunlar bilməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsində neytrallığı qoruyub beynəlxalq prinsipləri, qəbul olunan qanunları, BMT-nin 4 qətnaməsini hər şeydən üstün tutub işğalçı Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlər etməlidirlər. Biz isə, bütöv bir cəmiyyət olaraq, Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, sülh danışıqları müsbət nəticə verməzsə və ermənilər beynəlxalq hüquq norma və prinsiplərinə sayqısızlıqlarını nümayiş etdirib işğalçılıq siyasətini davam etdirərlərsə, o zaman hərb yolunun seçilməsi məcburiyyətində qalacağıq. Mənə elə gəlir ki, anti-terror əməliyyatlara başlanması, bütün cəmiyyətin istəyi ola bilər.

- Fuad müəllim, toy qalmaqalı davam edir. Sanki cəmiyyətimiz indi “bal ayı”-nın qurtarmasını gözləyir ki, bunun sonu necə olacaq. Sizcə nə baş verir?

- Bu mövzu ilə bağlı mən və partiyanın rəsmiləri ilk gündən açıqlamalar vermişik. Əlavə nesə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə qüzəşt olunmadı. Bizim başqa problemlərimiz var. Pandemiya bilinmir ki, nə vaxt qurtaracaq. İqtisadiyyatımızı fikirləşməliyik. Kiçik və orta biznesin inkişafı ilə məşqul olan adamları fikirləşməliyik ki, onlara necə kömək edək. Az təminatlı ailələri fikirləşməliyik. Bunlar qanunu pozaraq öz toyunu edib, “bal ayı”-nı yaşayırlar. Minlərlə subaylımız, hansılar ki, ailə qurmaq istəyirlər, onlar nə etsin? Bunları fikirləşmək lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər