Sizin Reklam Burada

Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbir keçirilib

Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbir keçirilibXarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası 2001B qrup tələbələrinin ( İsrafilova Məmləkət, Qədimova Sultan, Qəhrəmanova Səbinə, Rüstəmova Elmira, Sanayeva Gülzar, Sədiyeva Kəmalə, Şükürlü İlhamə, Süleymanova Gülər, Xancanlı İlahə, Zeynalova Rübabə, Abdullayeva Aytəkin TCM 2003B) təqdimatında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri N. Gəncəvinin 880 illik yubileyi ilə bağlı "The Sun of Azerbaijan Literature" ( Azərbaycan ədəbiyyatının günəşi) adlı ingilis dilində tədbir 23 oktyabr, 2021-ci il saat 13:00-da Zoom mobil tətbiqində keçirilmişdir.

Tarix və coğrafiya fakültəsinin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müəllimləri tədbirdə iştirak edirdi.

Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Mətanət Əsgərova və Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva tədbir öncəsi hər kəsi salamladılar, uğurlar arzuladılar. Mətanət xanım fakültə dekanı dosent Asif Axundovun və dekan müavini dosent Habil Həsənovun adından salamladı və uğurlar arzuladı.

Tədbirdə həmçinin 32 nömrəli məktəbin 6C sinif şagirdləri (Avtandil Əliyev, İsmayıl Muradov, Abdullayev İbrahim), 118 nömrəli məktəbin 1Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Abbasova Firuzə, Heydərli Talha, Babayeva Fidan, Əliyeva Nərmin, İsrafilli Mərziyyə, Kazımov Əli, Məmmədov Emil, Əliyev Kamil, Məmmədova Dəniz), eləcə də həmin məktəbin 4C sinif şagirdi Osmanov Ümid, 5Ə sinif şagirdləri (Ağayev Mirəli, Səfərov Orxan) və 9Ç sinif şagirdi Səfərov Turan çıxış etdi.

Tələbələr mütəfəkkir şairin həyatından, əsərlərindən danışdılar. Tələbə və məktəblilər mütəffəkirin şeirlərini, aforizmlərini eləcə də tanınmış şəxsiyyətlərin dahi şair haqqında dedikləri fikirləri söylədilər. Dahi şairin həyatından, əsərlərindən bəhs edən videoçarxlar nümayiş edildi. Kiçikyaşlı məktəblilərin mükəmməl çıxışı tədbirə xüsusi rəng qatdı. Universitet və məktəblə birlikdə belə tədbirin hazırlanması bəyənildi və tədbirin sonunda təşkilatçı müəllim Sevda Ağayeva tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər