Elgiz Əkbər vəsiyyətini açıqladı
Dərc olunub:
20-02-2021, 07:33
Aparıcı Elgiz Əkbər orqanlarını bağışlayıb.
Avrasiya.net Qaynarinfo-ya istinadən xəbər verir ki, aparıcı vəsiyyətini rəsmiləşdirdiyini deyib.
"Rəsmi olaraq orqanlarımı vəsiyyət etmişəm. Öləndə orqanlarımı kimə lazımdır, versinlər. Kimə nə lazımdır, halal xoşu olsun. Bunu edən ilk insanlardan olmuşam. Əgər öləndən sonra ürəyin və ya başqa orqanın kiməsə həyat verəcəksə, necə gözəl iş görmüş olacaqsan", - aparıcı qeyd edib.