Sizin Reklam Burada

"İqtisadiyyatın davamlı inkişafı yoxsulluğun və işsizliyin səviyyəsini aşağı salıb"

"İqtisadiyyatın davamlı inkişafı yoxsulluğun və işsizliyin səviyyəsini aşağı salıb"
Əhalinin məşğulluğu sahəsində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində respublikada iqtisadiyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Bu sahədə dayanıqlı inkişafa nail olunub, yeni infrastruktur layihələri reallaşdırılıb ki, bu da yoxsulluğun və işsizliyin səviyyəsini aşağı salıb.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, əhalinin, xususi ilə gənclərin məşğulluğunun təmin edilməsi dövlət tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulub və xüsusi proqramlar icra olunub.

Məhz bunun nəticəsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, xüsusi ilə də əhalinin məşğulluğunda əvvəlki illərlə müqayisədə 2019-cu ildə irəliləyişlər əldə edilib. 2018-ci illə müqaisədə, məşğulluq xidmət orqanları vasitəsilə işə düzələnlərin sayı 2019-cu ili 99% artıb. Belə ki, 2018-ci ildə işə düzənlənlərin sayı 51774 nəfər idisə, bu rəqəm 2019-cu ildə 103028 nəfərə kimi yüksəlib.

İctimai işə cəlb olunanların sayı 2018-ci ildə 1022 nəfər idisə, 2019-cu ildə bu rəqəmin 46.6 dəfə artaraq 47.599 olub. Əhalinin özünəməşğulluğunun təmin olunması tədbirləri Beynəlxalq Əmək Təşkilatının üzv ölkələrə təqdim etdiyi "Öz biznesini başla və təkmilləşdir” proqramında əks olunub. Azərbaycanda özünüməşğulluq proqramının icrasına ölkə Prezidentinin 2016-cı il 7 aprel tarixli sərəncamı ilə başlanıb. Ölkəmizdə 4 ilə yaxın uğurla icra olunan layihə 2019-cu ildə öz əhatə dairəsini 72% genişləndirib.

Millət vəkili onu da xatırladıb ki, Azərbaycanın bu sahədə gördüyü işlər Beynəlxalq Əmək Təşkilatının tərəfindən ən yaxşı təcrübə kimi dünya ölkələrinə tövsiyə edilib. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi dövürdə əhalinin məşğulluğu sahəsinə diqqətin daha da artırılmasını diqqətə çatdıran Müşfiq Cəfərov gənclər üçün bu istiqamətində proqramların hazırlamasını və qısa bir zaman çərçivəsində icrasına başlanılmasının masbət nəticələr verəcəyini bildirib: Hazırda ölkəmizdə Beynəlxalq Əmək Təşkilatının "Öz biznesini başla və təkmilləşdir” proqramının kiçik bir hissəsi – "Öz Biznesinə Başla” hissəsi tətbiq edilir.

Proqramın paketində olan aşağıdakı tövsiyələr də həyata keçirilərsə bu günkü çətin vaxtlarda ölkə iqtisadiyyatında 40-50% dək artım müşahidə edilər.

Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması;

Mikro və kiçik sahibkarlığın inkişafı;

Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması;

Dövlət vəsaitlərin xərclənməsində səmərəliliyin artırılması;

Yoxsulluq səviyyəsinin azaldılması;

İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.

Müşfiq Cəfərov onu da xatırladıb ki, Beynəlxalq Əmək Təşkilatı "Öz biznesini başla və təkmilləşdir” Proqramını tam həcmdə həyata keçirmək üçün Azərbaycanda həm təlimçi və mütəxəssis resurslarımız, həm də Beynəlxalq Əmək Təşkilatı "Öz biznesini başla və təkmilləşdir” proqramının nümayəndəsi var. Ölkəmizdə uğur əldə etmiş bu proqram tam şəkildə icra olunarsa əhalinin məşğulluğu sahəsində həyata keçirilən çoxşaxəli islahatlara, iqtisadiyatın davamlı və rəqabətqabiliyyətli inkişafına müəyyən töhvələr verər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər