Konfrans Liqası: pley-offun ilk matçlarının nəticələri
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Avrasiya.net xəbər verir ki, "Samsunspor" Şimali Makedoniyada "Şkendiya"nın qonağı olub və qarşılaşma Türkiyə təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Pley-off mərhələsi, ilk oyunlar
19 fevral
21:45. "KuPS" (Finlandiya) 0–2 "Lex" (Polşa)
21:45. "Noa" (Ermənistan) 1–0 AZ (Niderland)
21:45. "Zrinski" (Bosniya və Herseqovina) 1–1 "Kristal Pelas" (İngiltərə)
21:45. "Siqma" (Çexiya) 1–1 "Lozanna" (İsveçrə)
00:00. "Yagelloniya" (Polşa) 0–3 "Fiorentina" (İtaliya)
00:00. "Şkendiya" (Şimali Makedoniya) 0–1 "Samsunspor" (Türkiyə)
00:00. "Drita" (Kosovo) 2–3 "Sele" (Sloveniya)
00:00. "Omoniya" (Kipr) 0–1 "Riyeka" (Xorvatiya)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları bir həftə sonra keçiriləcək.
