Sizin Reklam Burada

"Qarabağ"la Bakıda matç ciddi problemdir - Stavrum

"Qarabağ"la Bakıda matç ciddi problemdir - StavrumNorveçin “Molde” klubunun direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyunun keçirilmə yerinin hələ də müəyyənləşməməsinə münasibət bildirib.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı klublarla UEFA arasında danışıqların davam etdiyini söyləyib:

"Matçın harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir".

Klub rəsmisi bildirib ki, görüşün Bakıda olması onlar üçün ciddi problem yarada bilər: “Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq".

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Ancaq "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər