Makqreqordan şok: İrlandiyada inqilab olacaq
Dərc olunub:
13-04-2020, 08:56
İrlandiyalı tanınmış döyüşçü Konor Makqreqor hökumətin pandemiya ilə bağlı gördüyü tədbirlərdən dolayı narazılığını bildirib.
Axar.az xəbər verir ki, döyüşçü yaxın zamanda ölkəsində çevrilişin olacağını bildirib.
“Bizi inqilabdan bir neçə həftə ayırır. Mən artıq səbəbləri demişəm”, - deyə Makqreqor yazıb.
Qeyd edək ki, Makqreqor hökumətə çağırışında sərhədlərin bağlanılmasını istəmişdi.