"Azərişıq" əməkdaşı iş başında öldü
Dərc olunub:
6-07-2021, 13:01
Bakıda montyor iş başında ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Azərişıq ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.
O, yerindəcə keçinib.
Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.